Valter Ulbrixt
Valter Ernst Paul Ulbrixt (alm. Walter Ernst Paul Ulbricht; 30 iyun 1893, Leypsiq – 1 avqust 1973, Berlin) — alman kommunist siyasətçisi, Almaniya Sosialist Vahid partiyasının baş katibi və 1950-ci ildən 1971-ci ilədək Şərqi Almaniyanın başçısı. Berlin divarının tikilməsinin təşəbbüskarı kimi sayılır.
Valter Ulbrixt | |
---|---|
alm. Walter Ulbricht | |
Almaniya Sosialist Birlik Partiyası | |
25 iyul 1960 – 3 may 1971 | |
Əvvəlki | Vilhelm Piek (dövlət başçısı kimi) |
Sonrakı | Villi Stoph |
Şərqi Almaniya Dövlət Şurasının sədri | |
12 sentyabr 1960 – 1 avqust 1973 | |
Şəxsi məlumatlar | |
Doğum adı | Walter Ernst Paul Ulbricht |
Doğum tarixi | |
Doğum yeri | Leypsiq, Saksoniya, Almaniya Reyxi |
Vəfat tarixi | (80 yaşında) |
Vəfat yeri | Templin, Şərqi Almaniya |
Vəfat səbəbi | İnsult |
Vətəndaşlığı | Şərqi Almaniya |
Partiya |
|
Fəaliyyəti | siyasətçi, müqavimət döyüşçüsü[d] |
Həyat yoldaşı | Lotte Kühn |
Dini | ateizm |
Hərbi xidmət | |
Döyüşlər | |
Vikianbarda əlaqəli mediafayllar |
Ulbrixt 1950-ci illərdə Şərqi Almaniyada iqtisadi islahatlar keçirmişdi. 1960-cı illərin sonunda, həm respublika daxilində, həm də xaricdə nüfuzunu itirmiş, siyasi cəhətdən təcrid olunmuşdur. Berlin divarının tikilməsi nəinki qərb ölkələrdə, hətta Şərqi Bloku dövlətlərin arasında Ulbrextin rəhbərliyini ciddi şəkildə gözdən salmışdır. İqtisadi islahatlar Ulbrextin arzu etdiyi nəticələri gətirmədiyi halda, qonşu ölkələrin Şərqi Almaniyaya yardım verməməsi vəziyyəti daha da gərginləşirdi. Nəhayət, SSRİ-in rəhbərliyi ilə münaqişəsi nəticəsində, Ulbrext 1971-ci ildə istifayə verməyə məcbur edilir.
Ulbrextin Berlin divarın tikilməsinə iki ay qalmış Berlindəki presskonferansda Qərb Almaniyalı jurnalistin verdiyi sualına cavabı məşhurdur. O, divarın tikilməsi və şəhəri ikiyə bölünəcəyilə bağlı dedi-qoduları israrla rədd edərkən dedi:
"Mən sizin sualınızı belə başa düşürəm ki, Qərbi Almaniyada bizim ADR paytaxtının inşaatçıları hansısa divarın tikilməsinə səfərbər edəcəyimizi arzu edən insanlar var? Mənə belə bir niyyətin mövcud olduğu bəlli deyil, çünki paytaxtımızın tikinti işçiləri əsasən mənzillər tikilməsi ilə məşğuldurlar, və bunun üçün onların iş qüvvəsindən bütövlüklə istifadə olunur, təmamilə işə salınır. Heç kimin hansısa bir divarı inşa etdirmək niyyəti yoxdur!"