Validə Yusifova

Validə Cavad qızı Yusifova — istilik texnikası sahəsində Sovet Azərbaycan alimi, texnika elmlər doktoru.

Validə Yusifova
Doğum tarixi
Doğum yeri Şuşa, Azərbaycan SSR
Elmi dərəcəsi Elmlər doktoru

Həyatı

Validə Yusifova 15 oktyabr 1916-cı ildə Şuşa, Azərbaycan SSR-də anadan olmuşdur. 1945-ci ildən başlayaraq İ. Yesman adına Azərbaycan Elmi-Tədqiqat Energetika İnstitutunda istilik mübadiləsi laboratoriyasına rəhbərlik etmişdir. Fərdi karbohidrogenlərin, çoxkomponentli neft emalı məhsullarının, dəniz suyu və digər duzlu məhlulların istilik mübadiləsinə, istilik fizikasına, hidrodinamikaya, həmçinin qaz və maye yanacaqların İEM-də yandırılması prosesinə aid elmi-tədqiqat işləri aparmışdır. Dəniz suyunun şirinləşdirilməsi məsələlərinə həsr olunan beynəlxalq simpoziumlarda (İtaliya, 1976; İspaniya, 1978) məruzə etmişdir.

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.