Valeriya Məmmədova

Valeriya Məmmədova (qızlıq soyadı: Korotenko; 29 yanvar 1984, Bakı) — Azərbaycanı təmsil edən voleybolçu. Valeriya Məmmədova, Azərbaycan yığmasının heyətində 2006-cı ildə baş tutan Dünya Çempionatında 13-cü yeri tutub.

Valeriya Məmmədova
Şəxsi məlumatlar
Vətəndaşlığı
Doğum tarixi 29 yanvar 1984(1984-01-29) (40 yaş)
Doğum yeri
Boyu 171 sm
Çəkisi 62 kq
İdman növü voleybol[1]
Komandası

Həyatı

Valeriya Məmmədova 29 yanvar 1984-cü ildə Azərbaycanın Bakı şəhərində anadan olub.

Valeriya Məmmədova ailəlidir. O, 12 iyun 2011-ci ildə cüdoçu Nicat Məmmədov ilə ailə həyatı qurdu. Cütlüyün, 12 dekabr 2014-cü ildə övladı dünyaya gəldi.

Karyerası

Valeriya Məmmədova, 2005-ci ildə Azərbaycan yığması ilə birgə Xorvatiyada baş tutan Avropa Çempionatına qatıldı. Yarışların bürünc medal uğrunda görüşündə Azərbaycan yığması, Rusiya yığmasına 0:3 hesabı ilə məğlub oldu və Avropa Çempionatını 4-cü yerdə başa vurdu.

Valeriya Məmmədova isə həmin Avropa Çempionatında, ən yaxşı libero seçildi.

Valeriya Məmmədova daha sonra, 2006-cı ildə Yaponiyada baş tutan Dünya Çempionatına qatıldı. Yarışlarda, 4 dəfə qalib gələn, 5 dəfə isə məğlub olan Azərbaycan yığması, Dünya Çempionatını 24 yığma sırasında 13-cü yerdə başa vurdu.

Valeriya Məmmədova bir ildən sonra, 2007-ci ildə BelçikaLüksemburqda baş tutan Avropa Çempionatına qatıldı. Yarışlarda, 1 dəfə qalib gələn, 7 dəfə isə məğlub olan Azərbaycan yığması, Avropa Çempionatını 16 yığma sırasında 12-ci yerdə başa vurdu.

Valeriya Məmmədova üçüncü dəfə Avropa Çempionatına, 2009-cu ildə Polşada baş tutan yarışda qatıldı. Yarışlarda, 1 dəfə qalib gələn, 7 dəfə isə məğlub olan Azərbaycan yığması, Avropa Çempionatını 16 yığma sırasında 12-ci yerdə başa vurdu.

Valeriya Məmmədova dördüncü dəfə Avropa Çempionatına, 2011-ci ildə İtaliyaSerbiyada baş tutan yarışda qatıldı. Yarışların pley-off mərhələsində Azərbaycan yığması, Niderland yığmasına 1:3 hesabı ilə məğlub oldu və Avropa Çempionatını 16 yığma sırasında 9-cu yerdə başa vurdu.

Valeriya Məmmədova beşinci dəfə Avropa Çempionatına, 2013-cü ildə Almaniyaİsveçrədə baş tutan yarışda qatıldı. Yarışlarda, bütün 3 oyunda məğlub olan Azərbaycan yığması, Avropa Çempionatını 16 yığma sırasında 15-ci yerdə başa vurdu.

Valeriya Məmmədova sonuncu, altıncı dəfə Avropa Çempionatına, 2015-ci ildə BelçikaNiderlanddə baş tutan yarışda qatıldı. Yarışlarda, bütün 3 oyunda məğlub olan Azərbaycan yığması, Avropa Çempionatını 16 yığma sırasında 14-cü yerdə başa vurdu.

Uğurları

  • CEV Kuboku
    • Qızıl medal (1) — 2002
    • Bürünc medal (1) — 2009
  • Azərbaycan Çempionatı
    • Qızıl medal (7) — 2003, 2004, 2005, 2006 2007, 2008, 2016
    • Gümüş medal (2) — 2011, 2017
    • Bürünc medal (1) — 2013
  • İsveçrə Çempionatı
    • Qızıl medal (1) — 2007
  • Türkiyə Çempionatı
    • Qızıl medal (1) — 2009

Həmçinin bax

Xarici keçidlər

  1. CEV database (ing.).
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.