Valentin İntsko
Valentin İntsko (alm. Valentin Inzko; 22 may 1949[2][3], Klaqеnfurt) — Bosniya və Herseqovina üzrə yüksək nümayəndəsi vəzifəsini icra etmiş sloven kökənli avstriyalı diplomat.[4]
Valentin İntsko | |
---|---|
alm. Valentin Inzko | |
Bosniya və Herseqovina üzrə yüksək nümayəndə | |
1 mart 2009 – 31 iyul 2021 | |
Əvvəlki | Miroslav Layçak |
Sonrakı | Kristian Şmidt |
Avropa Birliyinin Bosniya və Herseqovina üzrə xüsusi nümayəndəsi | |
1 mart 2009 – 1 sentyabr 2011 | |
Əvvəlki | Miroslav Layçak |
Sonrakı | Piter Sorensen |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Klaqenfurt, Müttəfiqlər tərəfindən işğal olunmuş Avstriya (indiki Avstriya) |
Təhsili |
|
Fəaliyyəti | dilçi, diplomat, tərcüməçi, siyasətçi |
Həyat yoldaşı | Bernarda Fink |
Dini | Roma-Katolik kilsəsi |
Elmi fəaliyyəti | |
Elmi dərəcəsi | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
İntsko Karintiya əyalətinin Klaqenfurt şəhərində sloven ailəsində anadan olub. Atası Valentin İntsko yerli sloven azınlığının tanınmış mədəni və siyasi fəalı idi. Kiçik Valentin Faystrits-Rozentale bələdiyyəsində yerləşən Suyetşax sloven-alman ikidilli məktəbində oxudu. 1967-ci ildə Klaqenfurtdakı sloven dilli liseyi bitirdikdən sonra Qrats Universitetinə daxil oldu və burada hüquq və slavyan filologiyasını üzrə təhsil aldı. 1972–1974-cü illər arasında Vyana Diplomatik Akademiyasında çalışdı.
1974-cü ildə Avstriyada diplomatik fəaliyyətinə başladı. 1982–1986-cı illər arasında Avstriyanın Belqraddakı səfirliyində mətbuat katibi vəzifəsində çalışıb. Ardınca, Avstriyanın Birləşmiş Millətlər Təşkilatındakı nümayəndəliyində çalıb. 1990–1996-cı illərdə Avstriyanın Çex Respublikasındakı səfirliyində mədəniyyət katibi vəzifəsində çalışmış və 1996–1999-cu illərdə Avstriyanın Bosniya və Herseqovinadakı səfiri olmuşdur. 1992-ci ilin oktyabr-dekabr ayları arasında Serbiyanın Sancak bölgəsindəki Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı missiyasının üzvü olub. 2005-ci ildə Avstriyanın Sloveniyadakı səfiri təyin olunub. 2010-cu ilin iyun ayında İntsko Karintiya Slovenləri Milli Şurasının sədri seçildi.[5]
Sloven və Alman dilindən başqa İntsko İngilis, Bosniya, Xorvat, Serb, Rus və Çex dillərini də yaxşı bilir. Vatslav Havelin "Həqiqətdə yaşamaq" və "Gücsüzlərin gücü" əsərlərini də sloven dilinə tərcümə etmişdir.[6]
Sloven mənşəli argentinalı opera müğənnisi Bernarda Fink İntsko ilə evlidir.
Bosniya və Herseqovina üzrə yüksək nümayəndə fəaliyyəti
2009-cu ilin martında İntsko slovak diplomat Miroslav Layçakı əvəz edərək Bosniya və Herseqovina üzrə yeddinci yüksək nümayəndə seçildi. Beləliklə, İntsko 1999–2002-ci illər arasında yüksək nümayəndə vəzifəsində işləyən Volfqanq Petriçdən sonra bu vəzifəni tutan ikinci Karintiya sloveni oldu.
9 iyun 2009-cu ildə İntsko birinci dəfə səlahiyyətlərindən istifadə etdi və iki polis məmurunu işdən çıxartdı. İki məmur Herseqovina-Neretva Kantonunda polis komissarı olan bosniyalı Himzo Conko, hansı ki, vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdi və Serb Respublikasında səlahiyyətli Radislav Yoviçiç idi.[7]
2020-ci ilin dekabr ayında İntsko Sonya Karaciç-Yoviçeviçin köməyi ilə Bosniya və Herseqovinanın serb lideri Milorad Dodiki Srebrenitsa soyqırımını inkar edən lövhəni 6 ay ərzində götürməyəcəyi təqdirdə onu AB sanksiyaları ilə hədələdi.[8]
2021-ci ilin mayında İntsko "hərbi cinayətkarların təriflənməsi birbaşa müharibənin nəticələrini görənlərə mənəvi zərər verir, təhrik edir və qurbanların xatirəsinə xələl gətirir" deyərək məktubunda mühakimə olunan hərbi cinayətkarlar üçün Serb Respublikası fəxri adlarının geri alınmasını tələb etdi. Burada, son on bir ildə Bonn güclərinin adı ilk dəfə çəkildi. Serb Respublikası Milli Məclisi mükafatları geri götürməkdən imtina etdi və İntskonun tələbinin insan haqlarını pozduğunu iddia etdi.[9]
27 may 2021-ci ildə Bosniya və Herseqovina üzrə yüksək nümayəndəlikdən istefa etdi və alman siyasətçi Kristian Şmidti 1 avqust 2021-ci ildə yeni yüksək nümayəndə olaraq təyin etdi.[10]
Yüksək nümayəndəlik müddətinin son on günündə, 23 iyul tarixində İntsko gözlənilmədən Bosniya və Herseqovinada soyqırımın inkar edilməsini qadağan edən qanuna dəyişikliklər etdi. Bu, Bosniyanın serb siyasətçiləri, xüsusən Milorad Dodik tərəfindən "dağılmaq məcburiyyətindəyik" fikrini deməsinə və "soyqırımın baş vermədiyini" dəfələrlə təkrarlaması ilə nəticələndi və Sidik ağır tənqidlərlə qarşılaşdı. Bosniyanın serb siyasətçilərı İntskonu tənqid edərkən, bosniyalı siyasətçilər tətbiq olunan dəyişiklədilər, bosniyalı lider Bəkir İzetbeqoviç İntskonu bu qərara görə alqışladı. Bosniya Rəyasət Heyətinin sədri və onun xorvat üzvü Jelko Komşiç də İntskonu "bu zəruri dəyişiklikləri tətbiq etməkdə göstərdiyi cəsarətə" görə alqışladı. İntsko beynəlxalq səviyyədə Xorvatiyanın Xarici və Avropa İşləri Naziri Qordan Qrliç-Radman və ABŞ-nin Sarayevodakı səfirliyindən dəstək aldı.[11]
Nişanları
- Avstriya Respublikasına Xidmətlərə görə Böyük Gümüş Fəxri Mükafatı (2012)
İstinadlar
- Deutsche Nationalbibliothek Record #136484190 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
- Valentin Inzko // Brockhauz Ensiklopediyası (alm.). / Hrsg.: Bibliographisches Institut & F. A. Brockhaus, Wissen Media Verlag
- Valentin Inzko // The Fine Art Archive. 2003.
- "Arxivlənmiş surət". 2009-03-29 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-05-30.
- "Arxivlənmiş surət". 2012-04-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-05-30.
- http://cobiss2.izum.si/scripts/cobiss?ukaz=DISP&id=2203257896324544&rec=10&sid=1%5B%5D
- "Arxivlənmiş surət". 2021-06-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-30.
- "Arxivlənmiş surət". 2022-06-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-30.
- https://balkaninsight.com/2021/05/12/bosnian-serbs-reject-call-to-revoke-war-criminals-honours/
- "Arxivlənmiş surət". 2021-05-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-30.
- "Arxivlənmiş surət". 2021-07-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-01.