Valeh Hacılar

Valeh Hacılar (15 aprel 1951[1], Darbaz, Bolnisi rayonu23 yanvar 2010[1], Tbilisi) — İ. Çavçavadze adına Tbilisi Dövlət Pedaqoji Universiteti, Gürcüstan ƏA-nın akademiki, professor.

Valeh Hacılar
Doğum tarixi 15 aprel 1951(1951-04-15)[1]
Doğum yeri
Vəfat tarixi 23 yanvar 2010(2010-01-23)[1] (58 yaşında)
Vəfat yeri
Dəfn yeri
Elmi adı professor
İş yeri İ.Çavçavadze adına Tbilisi Dövlət Pedaqoji Universiteti

Həyatı

Valeh Hacılar 1951-ci ildə Gürcüstanın Borçalının ağır ellərindən olan Darbaz kəndində dünyaya göz açıb. İmirhəsən məktəbində ilk, Darvaz məktəbində orta, M. F. Axundov adına Azərbaycan Dövlət Dillər institutunun rus-Azərbaycan filologiyası fakültəsində ali təhsil almışdır (1968–1973).

1973-cü ildə Azərbaycan və Gürcüstan Yazıçılar Ittifaqlarının zəmanətləri ilə Tbilisi Dövlət pedaqoji institutuna işə göndərilmişdir.

1985-ci ildən filologiya elmləri namizədi, dosent, 1993-cü ildən filologiya elmləri doktoru, professor, 2000-ci ildən isə Gürcüstan Ədəbiyyatşünaslıq Akademiyasının həqiqi üzvü, akademikidir.

1989-cu ildə TDPI-nin Azərbaycan dili və ədəbiyyatı kafedrasının müdiri seçilmişdir. Ədəbi əlaqələr və folklorşünaslıq sahəsində görkəmli alimlər sırasındadır. Azərbaycan-gürcü ədəbi-mədəni əlaqələrinin inkişafındakı şəxsi xidmətlərinə və səmərəli elmi-pedaqoji fəaliyyətinə görə 1998-ci ildə Gürcüstan prezidenti tərəfindən Şərəf ordeni ilə təltif edilib. On yeddi kitab müəllifidir. Elmlə yanaşı, poeziya da onun yol yoldaşıdır. Şeirlərinin bir qismi gürcü dilinə tərcümə olunub. Gürcü, rus, ukrayna və abxaz poeziyasından dilimizə çoxsaylı tərcümələr edib. Azərbaycan Yazıçılar Birliyinin üzvü, Gürcüstan Azərbaycanlı Ziyalılar Birliyinin sədri olub.

2010-cu ildə vəfat edib. Vəsiyyətinə əsasən doğulduğu Darbaz kəndində torpağa tapşırılıb.

Məqalələri

  • "Ahıskalı sənətkarlar". "Ozan dünyası" jurnalı, № 2(5). 2011-ci il.

Əsərləri

İstinadlar

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.