Valeh Cəfərov
Valeh Cabbar oğlu Cəfərov (2 noyabr 1943, Arıqıran, Gədəbəy rayonu) — 1985-ci ildə kimya üzrə fəlsəfə doktoru, 2008-ci ildə kimya elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü (2014).[1]
Valeh Cəfərov | |
---|---|
Cəfərov Valeh Cabbar oğlu | |
Doğum tarixi | 2 noyabr 1943 (80 yaş) |
Doğum yeri | |
Milliyyəti | azərbaycanlı |
Elm sahəsi | kimya |
Elmi dərəcəsi | AMEA müxbir üzvü |
Elmi adı | kimya elmləri doktoru |
İş yeri | AMEA Polimer Materialları İnstitutu |
Alma-mater | M.Əzizbəyov adına Qırmızı Əmək Bayrağı ordenli Neft və Kimya İnstitutu |
Tanınır | kimyaçı-alim |
Mükafatları |
Həyatı
Valeh Cabbar oğlu 1943-cü il noyabrın 2-də Gədəbəy rayonunun Arıqıran kəndində anadan olmuşdur. Valeh Cəfərov əmək fəaliyyətinə Azərkitab nəzdindəki kitabxana kollektorundan başlamış, sonra Azərbaycan Neft və Kimya (indiki ADNA) İnstitutunun I kursuna daxil olaraq təhsil-təcrübi qaydası üzrə 1961-1963-cü illərdə bakı Neftayırma zavodunda zavodunda laborant, əməliyyatçı köməkçi vəzifəsində işləmişdir. 1967-ci ildə həmin institutu bitirdikdən sonra təyinatla Sumqayıt Kimya Kombinatına (sonradan Üzvi- Sintez zavodu) göndərilmiş, burada böyük əməliyyatçı, növbə rəisi, sex rəisi, korpus rəisi vəzifələrində işləmişdir. 1969-cu ildən AMEA Polimer Materiaslları İnstitutunda Laboratoriya rəhbərinin müavini, direktor müavini, baş mühəndis, elmi işlər üzrə direktor müavini, eləcə də şöbə və laboratoriya müdiri vəzifələrində çalışmışdır. 1994-cü ildən institutun elmi işlər üzrə direktor müavini vəzifəsində çalışır.
Valeh Cəfərov makromolekullar kimyası sahəsində tanınmış alimdir. Onun elmi fəaliyyətinin əsas istiqamətini malein anhidridinin homo və sopolimerlərinin sintezi, xassələri,poliolrfinlər, yerli təbii ehtiyatlar və onların tullantıları əsasında polimer kompozisiya materiallarınının yeni nəslinin yaradılması, ətraf mühitin mühafizəsi-ekoloji tarazlığın saxlanılması sahəsində tədqiqat işləri təşkil edir.
Valeh Cəfərov 169 elmi əsərin, 6 müəlliflik şəhadətnaməsinin, 3 patentin, o cümlədən xaricdə çap olunmuş 55 elmi əsərin müəllifidir. 3 elmi əsəri ABŞ (Nyu-York) dərc olunan Xüsusi səciyyəli materiallar kitabına daxil edilmişdir.
Valeh Cəfərov AMEA M.Nağıyev adına Kataliz və Qeyri üzvi Kimya İnstitutunda dissertasiya şurasının üzvüdür. Sumqayıt Dövlət Universitetində Ekologiya və Təbiətdən istifadə kafedrasının professorudur. O, Pespublika Ekologiya Cəmiyyəti Komissiyasının, Azərbaycan Milli Atlasının hazırlanması üzrə komissiyanın, Makromolekullar və Ekologiya üzrə koordinasiya şuralarının üzvüdür. Azərbaycan Amerika Evro-Aziya birgə müəssisəsinin kimya sahəsi üzrə baş məsləhətçisi seçilmişdir. Gürcüstan Kimya Cəmiyyətinin diplomu ilə (2 dəfə) təltif olunmuşdur.[2]
Elmi əsərləri
1.Композиционные материалы технического назначения на основе полимерных отходов Пластмассы"2011, №5 с.46-49
2.Research of reaction oligomerization of epichlorhydrin at presence acrylic acids with infrared spectroscopy method Problems of chemistry and chemical technology. Journal Ukraine, Dnepropetrovsk,2011, №6, с.60-68
3.PE tullantılarının ekoloji tarazlığa təsiri və onların aradan qaldırılması yolları Azərbaycan. Mühəndislik Akademiyası Xəbərləri. 2012, №4 s.118-124
4.Создание высоконаполненных композиций на основе ПЭНП, каолина и полимерного аппрета. Вестник Азерб. Инженерной Академии, Международной НТ журнал, 2013 с.83-87
5.Окружающая среда: Вторичное использование полимерных отходов. Книга учебных пособий, 2014, с. 240
6.New Polymer Compositions on the Basis of Appreted Polyethylene and Silicagel Journal of Science. Türkiyə Sarayeva 2015, s. 345-347
7. Influence of low-molekular termary copolymers of α-olifines on regularity of formation of structure of polymer componites on the basis of polyethylem of high pressure polyethylene and mineral fillers. American Scientifice journal, №2 (2)/2016 s.48-54
Həmçinin bax
İstinadlar
- "Cəfərov Valeh Cabbar oğlu" (az.). science.gov.az. 2017. 2021-04-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-03-21.
- Akademiya simalarda "Elm" nəşriyyatı,2015, s.242