Valdas İvanauskas

Valdas İvanauskas (tam adı: Valdas-Auqustinas Vaslaviç İvanauskas, lit. Valdas Ivanauskas; 31 iyul 1966[1][2], Kaunas) — SSRİLitva futbolçusu, baş məşqçisi.

Valdas İvanauskas
lit. Valdas Ivanauskas
Ümumi məlumatlar
Tam adı Valdas-Auqustinas Vaslaviç İvanauskas
Ləqəbi İvan Qroznı
Doğum tarixi
Doğum yeri Kaunas, Litva SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ
Litva Litva
Boyu 187 sm
Çəkisi 83 kq
Mövqeyi yarımmüdafiəçi
hücumçu
Klub haqqında məlumat
Klub Rusiya SKA-Energiya Xabarovsk
Vəzifəsi baş məşqçi
Karyerası
Klub karyerası[* 1]
1984 SSRİ Jalgiris Vilnüs 12 (1)
1985—1986 SSRİ ÇSKA Moskva 32 (2)
1985 SSRİ GFM İK 2 (1)
1986—1989 SSRİ Jalgiris Vilnüs 83 (19)
1990 SSRİ Jalgiris Vilnüs 1 (0)
1990 Litva Jalgiris Vilnüs 12 (14)
1990 SSRİ Lokomotiv Moskva 16 (7)
1990—1993 Avstriya Austriya Vyana 78 (28)
1993—1997 Almaniya Hamburq 91 (13)
1997—1998 Avstriya Kazino Zalsburq 36 (7)
1999 Avstriya Sankt-Pölten 10 (3)
1999—2001 Almaniya Vilhelmshaven 50 (16)
2001—2002 Almaniya Kloppenburq 23 (3)
Milli yığma[* 2]
1988 SSRİ SSRİ (Olimpiya) 3 (0)
1988 SSRİ SSRİ 4 (0)
1990—2000 Litva Litva 28 (8)
Məşqçisi olduğu klublar
2000—2001 Almaniya Vilhelmshaven (gənclər) məşqçi
2001—2002 Almaniya Kloppenburq məşqçi
2003—2004 Litva Litva məşqçi
2004—2005 Litva Vetra
2004—2005 Litva Kaunas FK
2005—2006 Şotlandiya Hart of Midlotian məşqçi
2006—2007 Şotlandiya Hart of Midlotian
2007 Almaniya Karl Seyss Yena
2008—2009 Litva Banqa Qarqjday
2008 Litva Litva (18 yaşlılar) i.e.
2009 Litva Litva (21 yaşlılar)
2009 Azərbaycan Standard Sumqayıt
2010 Litva Şyaulyay
2012 Litva REO Vilnüs
2013 Gürcüstan Dila Qori
2013—h.h. Rusiya SKA-Energiya Xabarovsk
Təltif və medalları
Universiadalar
Qızıl Zaqreb 1987futbol

  1. Milli çempionatların müxtəlif liqalarında peşəkar klubların heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.
  2. Rəsmi oyunlarda milli yığmanın heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Karyerası

Futbolçu karyerası ərzində Litvanın "Jalgiris" (1984, 1986-89, 1990, Rusiyanın MOİK (1985-89), "Lokomotiv" (1990), Avstriyanın "Austriya" (Vyana) (1990-93), "Austriya" (Zallstburq) (1997-99) Almaniyanın "Hamburq" (1993-97), "Vilhemsafen" (1999-2001), "Kloppenburq" (2001-2002) klublarında oynayıb.

Milli komanda və məşqçilik

Bundan başqa, SSRİ-nin və Litvanın milli komandalarının da şərəfini qoruyub. Baş məşqçi kimi ilk dəfə 1999-cu ildə Litvanın "Vetra" klubunda çalışıb. 2004-2005-ci ildə isə "Kaunas"ın baş məşqçisi olub. 2006-cı ildə Şotlandiyanın məşhur "Harts" klubuna rəhbərlik edib.

Uğurları

Futbolçu kimi SSRİ çempionatının bürünc (1987), Avstriya çempionatının qızıl (1991, 1992, 1993), Avstriya kubokunun qalibi (1992, 1993), SSRİ millisinin heyətində gənclər arasında Avropa çempionatının gümüş (1984) medallarını qazanıb.

SSRİ-nin ən güclü 33 futbolçusu siyahısına düşüb (1989) və Litvanın son 50 ildə yetişdirdiyi ən güclü futbolçusu adına layiq görülüb (2003). "Jalgiris"in heyətində 107 oyuna 34, MOİK-in heyətində 32 oyuna 2, "Lokomotiv"in heyətində 16 oyuna 7, "Austriya"nin (Vyana) heyətində 78 oyuna 28, "Austriya" (Zalsburq) heyətində 36 oyuna 7, "Vilhemsafen"ın heyətində 50 oyuna 16 qola imza atıb.

"Standard"lı günlər

2009-cu ildə 42 yaşlı mütəxəssis 1 illik müqavilə bağlayaraq Sumqayıtın "Standard" klubunun yeni baş məşqçisi təyin olunub. O, bu postda cəmi 94 gün çalışıb. Belə ki, litvalı yalnız çempionat matçlarında komandasına rəhbərlik edib, kubokun startına qədər duruş gətirməyib. Keçirdiyi 7 qarşılaşmada cəmi 2 xal qazanmışdır.[3]

Mənbə

İstinadlar

  1. Valdas Ivanauskas // Transfermarkt (çd.). 2000.
  2. Valdas Ivanauskas // Salzburgwiki (alm.).
  3. Azərbaycanda qələbə görməyən məşqçi

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.