Valaxiya knyazlığı
Valaxiya knyazlığı (Ца́ра Ромыня́скэ) —Valaxiya ərazisində XIV əsrdən 1859-cu ilədək iqtidarda olmuş dövlət.
Tarixi dövlət | |||||
Valaxiya knyazlığı | |||||
---|---|---|---|---|---|
|
|||||
|
|||||
Paytaxt | Kımpulunq, Tırqovişte[d], Buxarest | ||||
Rəsmi dilləri | |||||
Dövlət dini | şərqi ortodoks xristianlıq | ||||
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
Valaxiya torpaqları bir vahid halına gəlməzdən öncə bir qrup köçəri qəbilələr-axırıncıları Kumanlar və Monqollardır- bu bölgədən axın-axın keçərək irəliləmişlərdir. 1242-ci ildən sonra bölgə, Qızıl Orda (Böyük Monqol imperiyasının ən qərbdəki bölgəsi) ilə Macarıstan krallığı arasında sərhəd regionu vəziyyətinə gəlmişdir. Oltu çayının qərbində olan Böyük Valaxiyadakı Rumınlar bu dövrdə Monqollara vergi vermək məcburiyyətində qalmışdır. Kiçik Valaxiyadakılar isə hökmdarı Macarıstan kralları tərəfindən təyin edilən Severin Banlığının təzyiqi altında qalmışdır. Qızıl Ordanın region üzərindəki hakimiyyəti XIII əsrin sonlarına doğru zəifləmiş, eyni zamanda Macarıstan krallığında da böyük bir siyasi kriz baş vermişdir. Bu hadisələr sayəsində bölgədəki yeni törəmiş dövlətlər müstəqilliklərini gücləndirmə imkanı tapmışdır.
Valaxiyanın quruluşu, bir Rumın ənənəsinə görə Radu Negru (Kara Radu) adlı bir şəxsin 1290-cı illərdə yanındakı izdihamlı qrup ilə Cənubi Karpatı keçərək Făgăraştan bölgəyə gəlişinə təsadüf edir. Daha etibarlı mənbələrə görə isə Oltu və Argeş vadilərində oturan Rumın hökmdarlarının öz aralarından Basarabı lider seçmələri ilə baş tutmuşdur. Voyvoda I Basarab, Macarıstan krallığı ilə münasibətlərini kəsmiş və kralının hakimiyyətini tanımamışdır. I Basarab müxtəlif ülkələrin dəstəyini almış və 12 noyabr 1330 tarixində Posada mövqeyində Macar Kralı I Károliə qarşı qazandığı hərbi qələbə nəticəsində muxtariyyət əldə etmişdir. Beləcə bu tarixə qədər davam edən Macar üstünlüyü sona çatmışdır.
Yunan Ortodoks kilsəsinə bağlı olan Valaxiya Metropolitliyi, I Basarabın oğlu Nicolae Aleksandru (1352–1364) dönəmində qurulmuşdur. Valaxiyada ilk gümüş və bürünc pul isə 1365-ci ildə zərb edilmişdir. 1391-ci ildə ölkə, Osmanlı dövlətinə ilk dəfə xərac vərməyi qəbul etmişdir.
Quruluş
Erkən orta əsrlərin sonları
Dunayın sol tərəfindəki valax dövlətlərinin varlığının ən qədim sübutlarından biri, Ermənilərə aid bir coğrafiya kitabındakı bir bölümdür. Kitabın sözü gedən bölümü, ikinci min illiyin ilk əsərlərindən qaldığı hesab edilən bir əlavəyə yer vermişdir və bu əlavə “Sarmatların ölkəsi” ilə "Zagura" (Bolqarıstan) ətrafında olan “Balak” adlı naməlum bir dövlətdən danışır. Valaxiya dövlətləri haqqındakı bir başqa mənbə də türklərə aid olan Oğuznamə adlı əsərdir. Bu əsərin XVII əsrdən qalmış bir mətnində tapılmış surətində Kumanların Valaxlara və başqa xalqlarla etdiyi müharibələr haqqında danışılır.
Bir türk tayfası olan Kumanlar, 1064–1065-ci illərdən dərhal sonra Dunay deltasına gəlmişdilər. 1068-ci ildən etibarən Aral gölü ilə Aşağı Dunay arasındakı bölgənin hamısını hakimiyyətləri altında saxlamışdılar. Lakin bu geniş torpaqlarda hər hansı bir mərkəzi hakimiyyət tərəfindən siyasi ittifaq yaradıla bilinməmişdir. Müxtəlif Kuman boyları müstəqil hökmdarlar və ya xanlar tərəfindən idarə edilmişdirlər. Bu hökmdarlar; Rus knyazlıqları və Bizans imperiyası kimi qonşu dövlətlərin siyasi həyatına qarışmışdır. Balkan dağlarında (müasir Bolqarıstan sərhədləri daxilində) yaşayan Valaxiyalılar, Bizansa qarşı hücum vəziyyətində olan kumanlara imperiya qüvvələrinin olmadığı dağ yollarını göstərməklə köməklik göstərmişdirlər. Bu dövrdə haqqında danışılan “Valaxiyalı” termininin məzmununa dair bəzi mübahisələr mövcuddur. Bəzi mənbələrə görə “Valaxiyalı”, “Ulah” və ya “Moəsi” termini, həm rumınlaşan Balkan xalqlarını, həm də bolqarlar ilə kumanları ifadə edə biləe. Bəzi tarixçilər “Valax” termininin çobanlıqla həyat tərzi yaşayan xalqları bildirdiyini iddia edirlər.
1185-ci ildə bolqarlar ilə birlikdə Balkan valaxları Bizans əleyhinə bir üsyan qaldırdılar. Ardından kumanların və Dunayın sol sahilində yaşayan valaxların köməyi ilə Balkan dağları ilə Valaxiyaın cənubunda qalmış Dunay çayı arasında və ya Valaxiya bölgəsi də daxil olmaqla Balkan dağları ilə Karpatlar arasında İkinci Bolqar dövlətini yaratdılar. Qərb mənbələri bu yeni dövləti “Valaxiya” və ya “Valaxiya və Bolqarıstan” şəklində adlandırmaqdadır. Nümunə olaraq 1204-cü ildə papa, Bolqar kilsəsinin başçısını “bütün Bolqarıstan və Valaxiyanın priması” (totius Bulgariae et Blaciae Primas) elan edərək bu bölgənin ən səlahiyyətli yepiskopu səviyyəsinə qaldırmışdır. Bu dövlətin şimal hissəsini ifadə edən Valaxiya termininin bu şəkildə istifadəsinə XIII əsrin ortalarından sonrakı mənbələrdə rast gəlinməmişdir.
1211-ci ildə Macarıstan kralı II Andrew (1205–1235) Cumanların Transilvaniyaya tez-tez girməsinə son qoymaq üçün Braşov bölgəsinə Tevton cəngavərlərini göndərdi. Cəngavərlərə Macarıstan padşahından bir hədiyyə olaraq Karpat dağlarının o tərəfində fəth edə biləcəkləri bütün ərazilər verildi. 1222-ci il tarixli bir kral nizamnaməsinə görə, cəngavərlərin hərbi gücü Karpatlar boyu Dunayadək uzanırdı. Alman cəngavərlərinin “qarlı dağların o tərəfində” (ultra monte nivium), yəni Karpatların cənubunda və şərqində bir neçə qələbə qazandığını papa məktubları da təsdiqləyir. Bununla birlikdə, Alman cəngavərlərini 1225-ci ildə Kral II Andrew hakimiyyətini tanımadıqları iddiası ilə ərazidən qovuldu.
Osmanlı hakimiyəti
Osmanlı dövləti ilə Valaxiya arasındaki ilk təmas I Vladislavın Osmanlıdan yardım istəməsiylə olmuşdur. Fəqət iki dövlət arasındakı önəmli hadisələr Yaşlı Mircəa dönəmində başlamışdır.
Fateh II Mehmet Moreya yunan knyazlığını, Afina hersoqluğunu da imperiyanın tərkibinə qatdı. Dunay knyazlıqları olan Moldova knyazlığı və Valaxiya da Osmanlılardan asılı vəziyyətə düşdülər.
Ploşnik müharibəsi
Nicolaə Iorgaya görə 1371-ci ildəki Çirmən Müharəbəsinə qatılan Rumınlar (Ulahlar) Teselyada yunanların hakimiyyəti altında yaşayanlardır.
XV və XVI əsr Osmanlı vaqiənamələrinə görə 28 iyun 1389-cu ildə baş vermiş olan I Kosova döyüşündə Valaxiya qüvvələri də Osmanlı dövlətinə qarşı döyüşmüşdür; lakin rumın tarixçilər bu fikrin əleyhinədirlər. .
I Kosova döyüşündə Valaxiya knyazı Mirça serblərə kömək etmişdir. Buna görə İldırım Bəyazid Valaxiyaya türk orduları göndərmişdir. Mirça İldırım Bayəzidin şahzadələri arasındakı müharibəyə qarışmış, əvvəlcə Musa Çələbiyə daha sonra da Yalançı Mustafaya yardım etmişdir. 1417-ci ildə Çələbi Mehmet Valaxiyaya bir səfər hazırlamış və bu səfərdə Mirçanın ordularını məğlub etmişdir. Bundan sonra Valaxiya Knyazlığı Osmanlı dövlətinə vergi ödəmək məcburiyyətində qalmış və beləliklə də Osmanlı dövləti hakimiyyətinə girmişdir. Fateh Sultan Mehmet zamanındakı Valaxiya knyazı III Vlad macarlar ilə razılaşaraq Osmanlı dövlətinə vergilərini ödəməmişdir. Hamza Paşanın rəhbərliyi altındakı iki min nəfərlik bir ordunu pusquya salaraq məhv etmişdir. Niğbolu, Vidin və Tuna sahillərindəki şəhərlərə hücum edib, bu şəhərləri məhv etmişdir. 1462-ci ildə Fateh Sultan Mehmet Valaxiyaya bir səfər etmişdir. Payalı Voyvoda ləqəbli III Vlad Macarıstan krallığına sığınmışdır. Fateh Sultan Mehmet bura etibarlı bir hakim təyin etmişdir. Fateh Sultan Mehmetdən sonrakı dövrlərdə də buraya padşahın uyğun gördüyü bir knyaz (voyvoda) təyin edilmişdir.