Vahid Rəcəboğlu

Vahid Rəcəboğlu (azərb. (Əhmədov Vahid Rəcəb oğlu; d. 10 fevral 1951, Göyçə mahalı, Qoşabulaq) — Azərbaycan şairi.[1]

Vahid Rəcəboğlu
azərb. (Əhmədov Vahid Rəcəb oğlu
Vahid Rəcəboğlu
Vahid Rəcəboğlu
Doğum adı Vahid
Təxəllüsü Rəcəboğlu
Doğum tarixi
Doğum yeri Qoşabulaq, Göyçə mahalı, Ermənistan SSR
Vətəndaşlığı SSRİ SSRİAzərbaycan Azərbaycan
Milliyyəti Azərbaycanlı
Atası Aşıq Rəcəb
Təhsili
İxtisası Riyaziyyat
Fəaliyyəti şair
Əsərlərinin dili Azərbaycanca

Həyatı

Vahid Rəcəboğlu 1951-ci ilin 10 fevralında Göyçə mahalının Qoşabulaq kəndində tanınmış Aşıq Rəcəbin ailəsində dünyaya gəlmişdir. 1956-cı ildə Qoşabulaq kənd yeddi illik məktəbin 1-ci sinifinə qədəm qoymuşdur. 1959-cu ildə isə orta təhsil almaq üçün Bərdə rayonunundakı Yeni Daşkənd kəndinə gedir. Yeni Daşkənd kənd orta məktəbinin X sinifini əla qiymətlərlə bitirir.

1966-cı ildə indiki Gəncə Dövlət Universitetinin riyaziyyat fakultəsinə daxil olmuşdur. 1970-ci ildə institutu bitirmişdir. 1972-ci ildə hərbi xidmətə çağrılmışdır. Bir illik hərbi xidmətini Almaniya Demokratik Respublikasının Yuterborq şəhərində başa vurmuşdur. 1973-cü ildə hərbi xidmətini başa vurduqdan sonra Göyçə mahalına qayıtmışdır.

Elmə marağı onu Moskva şəhərinə də aparmışdır. 1978-ci ildə Moskva şəhərindəki Kənd Təsərrüfatı Mütəxəsislərinin Təkmilləşdirilməsi və Yenidən Hazırlanması İnstitutunun "Kənd təsərrüfatı məhsullarının iqtisadiyyatı və təşkili" fakultəsinın qiyabi şöbəsinə daxil olmuş və 1981-ci ildə oranı bitirərək ikinci diplomunu almışdır.

1988-ci ildə bütün Göyçəlilər kimi Vahid Rəcəboğlu da dədə-baba yurdu Göyçədən erməni daşnakları tərəfindən qovulmuşdur. 1989-cu ildən İsmayıllı rayonunun Qalagah kəndində məskunlaşmışdır.

Pedaqoji fəaliyyəti

1970-ci ildə təyinatla Göyçay rayonundakı Çərəkə kənd orta məktəbində riyaziyyat müəllimi kimi pedoqoji fəaliyyətə başlamışdır. 1973-cü ilin sentyabrından doğma kəndi Qoşabulaq kənd tam orta mətəbində riyaziyyat müəllimi kimi pedoqoji fəaliyyətini davam etdirmişdir.

1990-cı ilin sentyabrından yüksək peşəkarlığı nəzərə alınaraq İsmayıllı rayonunun Qalagah kənd orta məktəbinə direktor vəzifəsinə təyin edilmişdir.

Yaradıcılığı

Vahid Rəcəboğlu orta məktəbdə oxuyarkən poeziya ilə məşğul olmuşdur. Atası aşıq Rəcəbin sazının tellərində səslənən sehrli havalar, səsindəki məlahət, Göyçə təbiətinin gozəlliyi Vahid Rəcəboğlunda poeziyaya olan həvəsi daha da gücləndirmişdir.

Göyçədən ayrıldıqdan sonra Göyçə həsrəti, Göyçə nisgili ondakı poeziya qığılcımlarını daha da alovlandırmış, vətən həsrətli şeirləri daha çox yazmağa başlamışdır. Şeirləri dövrü mətbuatda daimi çap edilmişdir.

2009-cu ildə "Qoşabulağın qoşa dərdi", 2012-ci ildə isə "Əsrlikdə qalan Göyçə" kitabları işıq üzü görmüşdür. "Göyçə mənim ürəyimdə" kitabı isə çapa hazırlanır.

Mükafatları

Səmərəli pedoqoji fəaliyyətinə görə Diplom və Fəxri fərmanlarla təltif edilmişdir.

Ailəsi

Vahid Rəcəboğlu 1973-cü ilin avqustunda ailə həyatı qurmuşdur. 1973-1982-ci illərdə beş övladı dünyaya göz açmışdır. On bir nəvəsi var.

İstinadlar

  1. Ziyəddin Qasımov. "Nigarançılıqla döyünən ürək". İsmayıllı xəbərləri (az.). ismayilli-xeberleri.info. 30 may 2015. 2017-07-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-01-12.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.