Vahid Hacıyev (dövlət xadimi)
Vahid Rasim oğlu Hacıyev (19 aprel 1983, Bakı) — Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi.
Vahid Hacıyev | |
---|---|
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi | |
Vəzifədədir | |
4 may 2022-ci ildən | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 19 aprel 1983 (40 yaş) |
Doğum yeri | |
Təhsili |
BDU Vorvik Universiteti |
Fəaliyyəti | siyasətçi |
Həyatı
Vahid Hacıyev 19 aprel 1983-cü ildə Bakı şəhərində oftalmoloq Rasim Hacıyevin ailəsində[1] anadan olub və buradakı 2 saylı Texniki- Humanitar liseydə orta məktəbi bitirib. 2003-cü illərdə Bakı Dövlət Universitetinin Beynəlxalq Hüquq və Beynəlxalq Münasibətlər fakültəsində bakalavr, 2005-ci illdə isə həmin universitetdə Beynəlxalq Hüquq və Beynəlxalq Münasibətlər üzrə magistr təhsilini almışdır. Daha sonra 2019-cu ildə İngiltərənin Koventri şəhərində yerləşən Vorvik Universitetində Biznesin İdarə Edilməsi ixtisası üzrə magistr dərəcəsinə yiyələnmişdir. Rus, İngilis dillərini bilir. Ailəlidir, üç övladı var.
Fəaliyyəti
Əmək fəaliyyətinə 2004-cü ildən Deloitte Azərbaycan şirkətində aparıcı auditor kimi başlamışdır. 2007–2009-cu illərdə BP Azərbaycan şirkətində vergi üzrə analitik, 2007–2010-cu illərdə vergi üzrə müşavir, 2012–2014-cü illərdə BP Azərbaycan, Gürcüstan və Türkiyə üzrə vergi hesabatlılığı idarəsinin rəhbəri, 2014–2017-ci illərdə həmin şirkətin icra aparatının rəhbəri olaraq çalışmışdır. 2017–2019-cu illərdə həmin şirkətdə Dayaz su Abşeron yarımadası üzrə hasilat bölgüsünün kommersiya üzrə rəhbəri, 2019–2020-ci illərdə isə BP Azərbaycan şirkətinin bütün kəşfiyyat layihələri üzrə kommersiya direktoru vəzifələrini tutmuşdur. Daha sonra 2020–2022-ci illərdə bitkiçilik və iri taxılçılıq növü üzrə fəaliyyət göstərən "Agro Dairy" MMC-də direktoru vəzifəsində çalışmışdır. 04 may 2022-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi təyin edilmişdir.[2][3] 22 iyul 2022-ci ildən həm də Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "Şərqi Zəngəzur iqtisadi rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti" publik hüquqi şəxsin Müşahidə Şurasının sədri təyin edilmişdir.[4][5] Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2022-ci il sərəncamı ilə Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi təyin edilmişdir[6]. 22.06.2022-ci ildə Vahid Hacıyevə 3-cü dərəcə dövlət müşaviri ixtisas dərəcəsi verilmişdir.[7]
İstinadlar
- "Prezidentin vəzifə verdiyi şəxs bu həkimin oğludur". Axar.Az (az.). 2022-05-04. 2024-02-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-06.
- "Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). 2022-08-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 avq 2022.
- "Prezident İlham Əliyev Vahid Hacıyevi Prezidentin Zəngilan rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar videoformatda qəbul edib". İstifadə tarixi: 16 avq 2022.
- "Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti" publik hüquqi şəxsin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). 2022-08-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 avq 2022.
- "Şərqi Zəngəzur iqtisadi rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidmətinin Müşahidə Şurasının ilk iclası keçirilib". İstifadə tarixi: 16 avq 2022.
- "Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". president.az (az.). 2023-01-21 tarixində arxivləşdirilib.
- "Dövlət orqanlarında dövlət qulluqçularına ixtisas dərəcələrinin verilməsi qaydalarının təsdiq edilməsi barədə Azərbaycan Respublikasi Prezidentinin Fərmanı" (az.). 2022-08-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 avq 2022.
Xarici keçidlər
- Vahid Hacıyev — Twitter səhifəsi