Vahab Abdullayev
Vahab Abdullayev — xanəndə.
Vahab Abdullayev | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Ağdaş rayonu |
Vəfat tarixi |
Haqqında
Vahab Abdullayev 1875-ci ildə Ağdaş rayonunda dünyaya gəlmişdir. O, rayonun Nehrəxəlil kəndində yaşamışdır. V. Abdullayev dövrünün məşhur xanəndələrindən biri olmuşdur. O, Şirvan zonasının seçkin xanəndəsi kim ad qazanmış, toy mərasimlərini, el şənliklərini məlahətli səsi ilə urvata mindirmişdir. V. Abdullayevin iştirak etdiyi məclislər olduqca yığnaqlı keçir, onun səsini dinləmək üçün Bakıdan, digər şəhər və rayonlardan çoxlu sayda insanlar həmin məclislərdə iştirak edərdilər. Vahab Abdullayev 1931-ci ildə vəfat etmişdir.[1]
Həmçinin bax
İstinadlar
- Faiq Şükürbəyli. "Ağdaş tarixin yaddaşında-I kitab", Bakı ,2013, səh.249
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.