Vah
Vah (slovak. Váh) — Slovakiyanın ən uzun çayı, Dunayın sol qolu.
Vah | |
---|---|
slovak. Váh | |
![]() Peştyanidə Vah | |
Ölkə |
![]() |
Mənbəyi | Çernı Vah/Belı Vah |
Mənsəbi | Dunay/ Qara dəniz |
Uzunluğu | 433 km |
Su sərfi | 152 m³/s |
Hövzəsinin sahəsi | 19600 km² |
![]() |
Adlanması
Çayın adı latın dilindən olan vagus (gəzib dolanan) sözündən yaranıb, belə ki, çay öz məcrasını tez-tez dəyişirmiş[1].
Coğrafiyası
Vah çayı Kralyova Leqota çayı yaxınlığında, mənsəbini Vısokiye Tatrı və Nizkiye Tarı dağlarından götürən Çernı Vah və Belı Vah çaylarının birləşməsi nəticəsində yaranır.
Vah çayının uzunluğu — 433 km, çay səthinin sahəsi — 19 600 km²-dir. İllik su sərfi 152 m³/saniyədir.
İqtisadiyyatı
Vah çayı üzərində Vajsk silsiləsi yaradan 20 su elektrik stansiyası vardır. Çayın suyu suvarma və su təchizatı üçün istifadə edilir. Çay mənbəyindən Sered şəhərinə qədər gəmiçilik üçün istifadə edilir.
İstinadlar
- "SVP, š.p. OZ Piešťany. História". 2013-10-26 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-06-11.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.