Vadokayçin
Vadokayçin (和同開珎), Vado-kayçin və ya Vado-kayho – ən qədim rəsmi yapon sikkəsi və pulu. İmperatriça Qenmeyin əmri ilə 29 avqust 708-ci ildə[1] zərb olunmağa başlamışdır.[2][3][4]
![](../I/Wadokaichin_coin_8th_century_Japan.jpg.webp)
![](../I/Wadokaichin_copper_coin.jpg.webp)
![](../I/Chinese_Kaigentsuho_coin.jpg.webp)
Haqqında
Ortasında kvadratşəkilli dəlik olan bu metal pul 958-ci ilə kimi tədavüldə olmuşdur.[5] Bu, cunizeni bə ya koço cunisen adlandırılan sikkə seriyasının birincisi idi.[6]
"Vadokayçin" sözü sikkənin üzərində yazılan 4 kancinin transliterasiyadır. "Vado" dövr adı ilə yanaşı, "xoşbəxtlik" mənasını verir. "Kayçin" isə "valyuta" deməkdir. Bu sikkələr Çinin Tan sülaləsi tərəfindən buraxılan və ilk dəfə 621-ci ildə Çanqanda zərb olunan "Kayqentsuho" (çin. 開元通宝) adlı sikkədən ilham alınaraq hazırlanmışdı. Vadokayçin bu Çin sikkəsi ilə eyni xüsusiyyətləri daşıyırdı: diametri 2,4 santimetr, çəkisi 3,75 qram təşkil edirdi.[7]
Həmçinin bax
- Ryo
- Vado (dövr)
İstinadlar
- Traditional Japanese date 10 August according to Shoku Nihongi
- Titsingh, Isaac, Annales des empereurs du Japon (French), 1834, 63–5, 2016-12-06 tarixində arxivləşdirilib, İstifadə tarixi: 2018-09-11.
- Brown, Delmer et al. (1979). Gukanshō, p. 271,
- Varley, H. Paul. (1980). Jinnō Shōtōki. p. 140.
- Nussbaum, Louis-Frédéric, Wadō-kaihō // Japan encyclopedia, 2005, səh. 1024; n.b., Authority File, Deutsche Nationalbibliothek, 2012-05-24 tarixində orijinalından arxivləşdirilib, İstifadə tarixi: 2018-09-11.
- Nussbaum, p. 539.
- Japan Currency Museum (日本貨幣博物館) permanent exhibit.
Ədəbiyyat
- Brown, Delmer M. and Ichirō Ishida, eds. (1979). Gukanshō: The Future and the Past. Berkeley: University of California Press. ISBN 978-0-520-03460-0; OCLC 251325323
- Ponsonby-Fane, Richard. (1959). The Imperial House of Japan. Kyoto: Ponsonby Memorial Society. OCLC 194887
- Nussbaum, Louis-Frédéric and Käthe Roth. (2005). Japan encyclopedia. Cambridge: Harvard University Press. ISBN 978-0-674-01753-5; OCLC 58053128
- Titsingh, Isaac. (1834). Annales des empereurs du Japon (Nihon Odai Ichiran). Paris: Royal Asiatic Society, Oriental Translation Fund of Great Britain and Ireland. OCLC 5850691
- Varley, H. Paul. (1980). A Chronicle of Gods and Sovereigns: Jinnō Shōtōki of Kitabatake Chikafusa. New York: Columbia University Press. ISBN 978-0-231-04940-5; OCLC 6042764
Xarici keçidlər
- Vadokayçin Yaponiya Zərb Muzeyindən. Arxivləşdirilib 2007-05-10 at the Wayback Machine