Vadi əl-Xəznədar döyüşü
Vadi əl-Xəznədar və ya Üçücü Homs döyüşü — qərbi Suriyada Homs qəsəbəsinin şimal-şərqindəki Vadi əl-Xəznədarda Məmlük sultanlığı və Monqol imperiyasının qolu olan Elxanlı dövləti və onlara yardım edən Kilikiya çarlığı ilə Gürcüstan çarlığı arasında 22–23 dekabr 1299-cu ildə edilən, Suriyaya olan monqol axınları içərisində monqol zəfəri ilə nəticələnən tək savaşdır.[2] Bu döyüşdən sonra daha öncəki 4 döyüşdə uduzan monqollar özlərinə inam qazandılar, cənuba irəliləmiş və 1303-cü ildə yenə Məmlüklərlə Marj əl-Səffar döyüşünü etmişdirlər. Ancaq orada da məğlubiyyətə uğrayan Elxanilər Suriya axınlarına son verərək Suriyanı tərk etmişdirlər.[3]
Vadi əl-Xəznədar döyüşü | |||
---|---|---|---|
Suriyaya monqol axınları | |||
| |||
Tarix | 22-23 dekabr 1299 | ||
Yeri | Vadi əl-Xəznədar, Homs, Suriya | ||
Səbəbi | Suriyaya monqol hücumları | ||
Nəticəsi | Monqolların qələbəsi | ||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
Tərəflərin qüvvəsi | |||
|
|||
Vikianbarda əlaqəli mediafayllar |
Döyüş
Monqol ordusunun mərkəz hissəsində olan Qazan xan döyüş başladığında hiyləyə əl ataraq ordusunun sağ cinahına komandnalıq edən Qutluqşaha Məmlük ordusunu aldatmaq üçün kös çaldırmışdır. Bu yanılğıya aldanan Məmlüklər Qazan xanın bu tərəfdə olduğunu düşünürək hücumlarını monqol ordusunun sağ qanadına cəmləşdirmişdir. Bu sayədə həm Qazan xan qorunmuş, həm də Məmlük ordusunun qurulan tələyə çəkilməsi mümkün olmuşdur. Başda üstün olan məmlüklərin monqollar tərəfindən sol qanad bölmələrinin dağıdılması ilə monqollar üstünlük qazanmağa başlamışdır. Buna rəğmən, günorta boyunca döyüşən məmlüklər ertəsi günə qədər sıralarını qorumağı bacarmışdır.[3]
Ancaq ertəsi gün olan 23 dekabr 1299-cu ildə monqolların və yardımcı erməni, gürcü bölmələrinin məmlüklərin orta cinahını dağıtması ilə yaxında monqolların qələbə qazanacağı sezilməyə başladı. Axşama doğru məmlüklər məğlubiyyəti qəbul edərək və daha çox itki verməmək üçün döyüş meydanından cənuba doğru geri çəkilməyə başladı.
Nəticə
Dəməşqə doğru qaçan məmlüklər yolda 12.000 yolda müstəqillik istəyən 12.000 nəfərlik Dürzi və Maruni oxçusu ilə qarşılaşmış və onlarla döyüşməyə məcbur olmuşdur. Bu təhlükəni yox edən məmlüklər Qəzzəyə qədər irəliləmiş, monqollar da onların izindən gəlmişdir.[4]
Səyahət davam edərkən Dəməşqə çatan monqollar şəhəri yağmalamış və qalanı mühasirəyə almışdır. Ancaq bu əsnada Çağatay xanlığının hücum xəbərinin gəlməsi ilə monqol ordusu Dəməşqi buraxaraq Fərata doğru geri çəkilmiş və Çağatay orduları ilə qarşılaşmışdır.
Bunlardan sonra, qısa müddət ərzində məmlüklər yenidən Suriya və Fələstindəki hakimiyyətlərini bərpa etmişdirlər.
Vadi əl-Xəznədar döyüşündən sonra gələn qalibiyyət sayəsində özlərinə inami bərpa edən monqollar Suriyanın içlərinə doğru irəliləməyə davam etmişdir. Homsdan cənuba doğru — Dəməşq yolunda irəliləmiş və Dəməşq ətəklərinə qədər Suriyadakı Məmlük torpaqlarını ələ keçirmişdirlər. Lakin Dəməşq yaxınlığında — 1303-cü ildə Marj əl-Səffarda məmlüklərlə təkrar qarşılaşmışdırlar. Elxanilərin burada baş tutan döyüşdə məğlub olması ilə, Suriyaya monqol axınları sona çatmış və Elxanilər Suriya ilə Fələstin torpaqlarını tərk etmişdirlər.
Həmçinin bax
- Əyn Cəllud döyüşü
- Birinci Homs döyüşü
- Əlbistan döyüşü
- Mazor, p. 116
- Yiğit Fatma Akkuş Fatma. Memlûk - Ermeni Münâsebetleri. Akademik Bakış. 2015. səh. 192.
- Wadi 'L-Khaznadar, R. Amitai, The Encyclopaedia of Islam, Vol XI, ed. P.J.Bearman, T.Bianquis, C.E.Bosworth, E. van Donzel and W.P.Heinrichs, (Brill, 2002), 18.
- Burns, Ross (2005) Damascus, a History. Routledge, ISBN 978-0-415-27105-9, p. 202.