Vadden dənizi

Vadden dənizi — (nid. Waddenzee, alm. Wattenmeer, dan. Vadehavet, Frysk: Waadsee) Şimal dənizinin cənub-şərq hissəsi olub, Avropa qitəsinin şimal-şərq sahilləri ilə ilə Friz adaları arasında yerləşir. Vadden dənizi Niderlandın cənub-qərbində yerləşən Den-Helder şəhərindən Danimarkanın Esbyerq dəniz limanına qədər təxminən 500 km məsafədə uzanır və onun cəmi sahəsi 10000 km²-ə qədərdir, lakin bəzi mənbələrə görə isə dənizin sahəsi 8000 km²-dir.[1] O, Niderland daxilində Eysselmer körfəzindən 1927–1932-ci illərdə tikilmiş Afslyutdeyk magistralı ilə ayrılmışdır. Dəniz özünün biomüxtəlifliyi ilə seçilir. Dənizin Hollandiya və Almaniyaya aid olan hissələri 2009-cu ildə, Danimarka hissəsi isə 2014-cü ildə UNESCO-nun Ümumdünya irsi Siyahısına daxil edilmişdir.[2][3] Vadden dənizi sahil xətləri insanlar tərəfindən ən çox dəyişdirilmiş dənizlərdən biridir.[4] Vadden dənizinin sahillərində çoxlu dambalar və bəndlər tikilmişdir. Bu bəndlərin üzərində şose yolları və dəmir yolları inşa edilmişdir.

Vadden dənizi
nid. Waddenzee, alm. Wattenmeer, dan. Vadehavet
Vadden dənizi
Vadden dənizi
Ümumi məlumatlar
Tip Materik kənarı
Mütləq hündürlüyü 0 m
Sahəsi
  • 10.000 km²
Uzunluğu
  • 500 km
Yerləşməsi
53°32′00″ şm. e. 6°53′00″ ş. u.
Ölkələr
Üst akvatoriyası
Yerləşməsi Qərbi Avropa
Vadden dənizi xəritədə
Vadden dənizi
Vadden dənizi
Vaddendənizi (Avropa)
Vadden
dənizi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
YUNESKO-nun bayrağı YUNESKO-nun Ümumdünya irsi

İstinadlar

  1. "Wadden Sea". 2015-05-17 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-29.
  2. Wadden Sea World Heritage Site Arxivləşdirilib 2018-02-14 at the Wayback Machine waddensea-worldheritage.org.
  3. "Six new sites inscribed on World Heritage List". UNESCO. 2014-06-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-04-23.
  4. C. Michael Hogan. 2011. Wadden Sea. eds. P. Saundry & C. Cleveland. Encyclopedia of Earth. National Council for Science and the Environment. Washington DC Arxivləşdirilib 2012-10-11 at the Wayback Machine

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.