Vaşinqton abidəsi

Washington abidəsi dünyanın ən yüksək obeliskidir. Uzunluğu 169.35 metrdir. ABŞ-nin Vaşinqton şəhərində yerləşərək şəhərin ən vacib simvollarından birinə çevrilmişdir. Bu abidə ölkənin qurucusu Corc Vaşinqtonun xatirəsinə inşa edilmişdir.

ABŞ-nin ilk prezidenti Corc Vaşinqton ın xatirəsinə ucaldılmış Vaşinqton abidəsi (169.35 metr, Washington DC, ABŞ)

Abidə, Misir obeliskinə oxşar şəkildə 1840-cı illərdə Robert Mills adlı bir memar tərəfindən tərtib edilmişdir, inşasına 1844-ci ildə başlanmışdır; 6 ildən sonra inşası dayandırılmış və uzun bir fasilədən sonra inşası 1885 ildə başa çatmış və rəsmi açılışı 9 oktyabr 1888-ci ildə baş tutmuşdur.

Mərmərdən hazırlanmış obelisk, tamamlandığı zaman dünyanın ən yüksək tikilis idi. O, bu adı Köln kafedralından götürmüş və 1889-cu ildə Eyfel qülləsi tikilənə qədər daşımışdır.

Abidənin inşası zamanı hər bir dövlətdən və dünyanın müxtəlif yerlərindən 193 xatirə daşları daxili divarlara qoyulmuşdur. Abidədə 1854-cü ildə ABŞ və Osmanlı dövlətlərinin dostluğunun rəmzi olaraq qoyulmuş bir Osmanlı dilində kitabə də mövcuddur; Üzərində Zivər Əfəndinin bir beyti yazılmışdır.

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.