Vağzal

Vağzal — dəmiryol, su və hava nəqliyyatında sərnişinlərin və onların yüklərinin qəbulu və yola salınması üçün xüsusi bina və qurğu kompleksi. Nəqliyyat növündən asılı olaraq dəmiryol, dəniz. çay və aerovağzallar olur. .

Adın yaranması

Maks Fasmerin fərziyyəsinə görə «vağzal» sözü (ilk variantda «fokzal») «voksxoll» (ing. Vauxhall) sözündən yaranıb. Bu London ətrafında XVIII əsrdə yerləşən və Ceyn Voksa (Jane Vaux) məxsus parkın adından götürülüb.[1].

Digər versiyaya görə XIX əsrdə parklarda yay estradaları "kurzal" adalnırdı. Çox sayda insanların toplaşması sonradab sözün vağzalların adlanması üçün istifadə edilib.

Mənbə

İstinadlar

  1. http://www.slovopedia.com/22/194/1631778.html Arxivləşdirilib 2022-05-04 at the Wayback Machine этимологический словарь русского языка М.Фасмера
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.