V David
V David (gürc. დავით V; 1113, Gürcüstan – 1155) — Baqrationilər sülaləsindən olan Gürcüstan çarı[1] (1155). Çar I Demeterin oğlu, IV Davidin nəvəsidir.
V David | |
---|---|
დავით V | |
1155 – 1155 | |
Əvvəlki | I Demeter |
Sonrakı | I Demeter |
Şəxsi məlumatlar | |
Doğum adı | დავით V |
Doğum tarixi | 1113 |
Doğum yeri | |
Vəfat tarixi | 1155 |
Atası | I Demeter |
Uşağı | Şahzadə Demeter |
Ailəsi | Baqrationi |
Dini | Gürcü Ortodoks Kilsəsi |
Həyatı
I Demeterin iki oğlu var idi. Böyük oğlunun adı David, kiçik oğlunun adı isə Georgi idi. Taxtın qanuni varisi David idi, lakin bilinməyən səbəblərdən I Demeter kiçik oğlu Georgini özünə varis seçdi.[2][3] David, atasının ölümündən sonra taxtın Georgiyə keçəcəyindən qorxurdu və bu səbəbdən I Demeteri taxtdan devirmək üçün dəfələrlə sui-qəsd həyata keçirdi. Həmçinin 1130-cu ildə hakimiyyəti ələ keçirmək cəhdi də uğursuzluqla nəticələndi.
1155-ci ildə David hədəfinə çatdı. Çar I Demeter taxtdan imtina etdi və V David çar taxtına oturdu. Lakin onun hakimiyyəti altı ay sürdü. V David hakimiyyətinin altıncı ayında qəfildən dünyasını dəyişdi.
V Davidin oğlu şahzadə Demeter azyaşlı olduğu üçün taxta yenidən atası I Demeter keçdi. I Demeter də gözlənilmədən 1156-cı ildə vəfat etdi.
Gürcü və erməni salnamələri V Davidin hakimiyyətinin müddəti və mahiyyəti barədə fərqli məlumatlar verir və onun müəmmalı ölümünün barədə fərqli fikirlər yazırlar. Erməni salnaməçisi Vardan Areveltsi onun bir ay hökm sürdüyünü və əyanları tərəfindən öldürüldüyünü yazır. Sumbat və İvan Orbeli isə V Davidin kiçik qardaşı Georgi tərəfindən gizli bir sui-qəsd nəticəsində öldürüldüyünə inanırlar.
XIII-XIV əsrlərdə yaşamış erməni tarixçisi Stepanos Orbelyan V Davidin iki il hökmdarlıq etdiyini və ailə üzvlərinin onun qətlində iştirak etmədiklərini yazır. Müəllif Georginin V Davidin varisi şahzadə Demeterin yaşı çatana qədər çar taxtında oturacağına and içərək taxta çıxdığını, lakin sonradan andını pozuduğunu qeyd edir. Stepanos Orbelyan 1177-ci ildə Demeterin taxtı uğrunda mübarizəyə başladığını yazır.
Gürcü səlnamələrində isə V Davidin altı ay hökm sürdüyünü yazsa da, ölümü barədə məlumat vermirlər.
İstinadlar
- Vaçnadze M., Guruli V., Baxtadze M. Və. Gürcüstanın tarixi (qədim dövrlərdən günümüzə). - Tiflis Dövlət Universiteti Tarix Fakültəsi. Və. Cavaxişvili, "Azad Gürcüstan" qəzetinin redaksiyası və "Artanuji" nəşriyyatı.
- «David V de Geòrgia». L'Enciclopèdia.cat. Barcelona: Grup Enciclopèdia Catalana.
- Assiatiani, Nodar; Bendianachvili, Alexandre. Histoire de la Géorgie. París: Harmattan, 1997. ISBN 2-7384-6186-7.
Ədəbiyyat
- Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т. и 4 доп.). СПб.. 1890–1907. //
- Cyrille Toumanoff, Les dynasties de la Caucasie chrétienne de l'Antiquité jusqu'au xixe siècle : Tables généalogiques et chronologiques, Rome, 1990, p. 136-137.
- Marie-Félicité Brosset, Histoire de la Géorgie depuis l’Antiquité jusqu’au xixe siècle, v. 1-7, Saint-Pétersbourg, 1848-58 (lire ce livre avec Google Books : archive, archive), p. 382.