VI Konstantin (imperator)

VI Konstantin (yun. Κωνσταντῖνος) (14 yanvar 771, Konstantinopol19 avqust 797, Konstantinopol) — Bizans imperatoru.[1][2][3]

VI Konstantin
ƏvvəlkiIV Leo
SonrakıAfinalı İrina
Şəxsi məlumatlar
Doğum tarixi 14 yanvar 771
Doğum yeri
Vəfat tarixi 19 avqust 797 (26 yaşında)
Vəfat yeri
Fəaliyyəti siyasətçi
Atası IV Leo (imperator)
Anası İrina (Bizans imperatriçası)
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Atası Bizans imperatoru IV Leo, anası isə Afinalı İrinadır. Hələ 5 yaşında ikən 14 aprel 776-cı ildə keçirilən mərasimlə atası tərəfindən ortaq imperator elan edildi. Ancaq çox keçmədən 780-ci ildə atası vərəm xəstəliyi səbəbilə vəfat etdi və 9 yaşlı Konstantin yeganə imperator olaraq taxta çıxarıldı. Azyaşlı olması səbəbilə anası Afinalı İrina taxt naibəsi təyin edildi.

Ancaq onun naibə olaraq imperiyanı idarə etməsi bir çox saray əyanının, eləcə də Anadoludakı hərbi birliklərin etirazına səbəb oldu. Elə həmin ilin sentyabrında ögey əmiləri taxt iddiası ilə ayaqlandı və anası İrina tərəfindən ələ keçirilərək monastıra həbs edildilər. 782-ci ildə Frank kralı Karlın qızı Rotrudla nişanlansa da, siyasi səbəblərlə 788-ci ildə nişan ləğv edildi.

Konstantin atası kimi ikonomaxiya tərəfdarı olsa da, taxt naibəsi olan anası İrina tam bir ikonopərəst idi. Bu səbəblə bir çox ikonomaxist saray əyanı və ordu mənsublarını vəzifədən aldı. Bu isə ana-oğul arasındakı taxt mübarizəsini alovlandırırdı. Nəhayət 790-cı ildə Afinalı İrinanın naibəliyinə son qoyuldu və Konstantin hakimiyyəti təkbaşına ələ aldı. Anasının apardığı intriqalar və saray əyanlarının mexalifəti səbəbilə 2 il sonra — 792-ci ildə anasını imperatriça olaraq ortaq monarx elan etməyə məcbur oldu. Ancaq Afinalı İrina bununla da kifayətlənmədi və 797-ci ildə baş tutan saray çevrilişiylə oğlunu taxtdan endirdi. Gözlərinə mil çəkilən Konstantin bir neçə gün sonra vəfat etdi. Afinalı İrina isə səltənəti təkbaşına idarə etməyə davam etdi.

Ailəsi

Xanımları

  • Mariya
  • Teodot — məşuqəsi və sonradan xanımı olmuşdur. Leonun anasıdır.

Övladları

  • Efrosini
  • İrina
  • Leo (ö. 797)

İstinadlar

  1. Norwich, John J. (1991). Byzantium: The Apogee. Alfred A. Knopf, Inc. ISBN 0-394-53779-3
  2. Alexander, Paul Julius (1985). The Byzantine Apocalyptic Tradition. University of California Press. p. 66 (note 21). ISBN 9780520049987
  3. Cooper, Eric; Decker, Michael J. (2012). Life and Society in Byzantine Cappadocia. Springer. p. 42. ISBN 9781137029645
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.