VII Haakon
VII Hokon (dan. Christian Frederik Carl Georg Valdemar Axel; 1872, Şarlottenlund, Danimarka — 1957, Oslo, Norveç) — Norveç kralı (1905-1957). Danimarka kralı VIII Frederikin ikinci oğlu.
VII Hokon | |
---|---|
Christian Frederik Carl Georg Valdemar Axel | |
| |
Əvvəlki | II Oskar |
Sonrakı | V Olaf |
Şəxsi məlumatlar | |
Doğum adı | Prince Christian Frederik Carl Georg Valdemar Axel of Denmark |
Doğum tarixi | |
Doğum yeri | Danimarka |
Vəfat tarixi | (85 yaşında) |
Vəfat yeri | Oslo, Norveç |
Vəfat səbəbi | Omba sümüyünün qırılması |
Dəfn yeri | Akerhus qəsri |
Milliyyəti | Norveçli |
Fəaliyyəti | monarx, Əsilzadəlik |
Atası | VIII Frederik |
Anası | Luiza Evgeniya |
Həyat yoldaşı | Maud Vindzor |
Uşağı | V Olaf |
Dini | Lüteranizm |
Hərbi xidmət | |
Döyüşlər | |
Rəsmi bioqrafiya | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
Evliliyi və ailəsi
Haakon'un babaları 1400-cü illərdən bəri Danimarka'nı idarə edirdi. Onun babaları həm də Danimarka-Norveç dövləti dövründə Norveçi idarə edirdi. 1896-cı ildə Haakon Böyük Britaniya kralı VII Eduardın qızı Maud Vindzorla evləndi və ondan tək oğlu Aleksandr doğuldu.
Kral olması
İsveç ilə Norveçin ayrılmasından sonra Norveç Stortingi tərəfindən kral seçildi. 12 Noyabr 1905-ci ildə referendum nəticəsinə görə %79 kimi bir nəticə ilə monarxistlər qalib çıxdı və Danimarka Kralı VIII Frederikin oğlu Karl, VII Haakon adı ilə Norveç kralı elan edildi.
Hakimiyyəti
Hakimiyyətə gələndən sonra xalq tərəfindən çox sevildi. Norveçin bütün bölgələrini gəzdi. Fəhlə partiyasının lideri baş nazir seçiləndə o demişdi ki, "Mən həm də kommunistlərin kralıyam" (Jeg er også kommunistenes konge) [1]. Norveçin Almanlar tərəfindən işğal edilməsindən sonra Almanlar ona qardaşı X Kristian kimi təslim olmaqlarını təklif etdilər. Kral, alman kukla rejimi olan Vinkun Kvislinq hökumətini tanımağı rədd etdi və mübarizəni davam etdirmək üçün İngiltərəyə sığındı (İyun 1940). 1945-ci ildə Norveçə geri qayıtdı. 2 il sonra xalq özü arasında pul yığıb hökmdara Norge adlı yaxta aldı. 1957-ci ildə kral öldü və yerinə oğlu Aleksandr V Olaf adı ilə kral olaraq keçdi.
İstinadlar
- "Norveç Kralı rəsmi saytı". 2013-01-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-09-21.
VII Haakon Qlüksburqlar Oldenburqlar sülaləsinin kiçik qolu Doğum: 3 avqust 1872 Vəfat: 21 sentyabr 1957 | ||
Hakimiyyət titulları | ||
---|---|---|
Vakant Titulun əvvəlki son sahibi II Oskar |
{{{titul}}} 18 noyabr 1905 – 21 sentyabr 1957 |
Xələfləri V Olaf |