VAN əməliyyatı

Van əməliyyatıASALA terror təşkilatının 24 sentyabr 1981-ci ildə Parisdə Türkiyə konsulluğuna qarşı keçirdiyi terror aktı.

VAN əməliyyatı
Ümumi məlumatlar
Yeri
Tarix 24 sentyabr 1981
Ölü sayı
  • 1
Yaralı sayı
  • 3
Parisdə Türkiyə konsulluğu

4 nəfərdən ibarət əslən Livan ermənisi olan terrorçu qrup konsulluğun binasına daxil olaraq konsul Kaya İnalı və təhlükəsizlik xidmətinin əməkdaşı Cəmal Özəni ağır yaralamışdır. Terrorçular konsulluqdakı 56 nəfəri girov götürərək 15 saat ərzində konsulluq binasını girovlarla birgə öz nəzarətlərində saxlamışlar.

Terrorçular – dəstənin başçısı Vazgen Sislyan, onun əlaltıları Gevork Güzelyan, Akop Culfayan, Aram Basmacyan binanı tam ələ keçirdikdən sonra öz tələblərini irəli sürürlər. tələbləri isə Türkiyədə həbsdə olan bir neçə erməni və kürd terrorçusunun azad edilməsi idi. Lakin Türkiyə hökuməti bu tələbə rədd cavabı verir, bundan sonra terrorçular təslim olur və Fransa hökumətindən siyasi sığınacaq tələb edir.

Məhkəmə prosesi

Parisdə terrorçuların məhkəmə prosesində Fransadakı erməni diasporasının qabaqcıl nümayəndələri iştirak edir. Məhkəmə zamanı terrorçuların vəkili sonradan Fransa senatının üzvü və Fransanın sənaye naziri olmuş Lekler idi.

Məhkəməyə hər tərəfdən təzyiqlər var idi Fransadakı erməni təşkilatları və buradakı ermənipərəst güvvələr də bunda iştrak edirdilər. Parisdə terrorçulara dəstək olaraq nümayişlər və yürüşlər keçirilirdi.

Məhkəmənin terrorçular barədə çıxardığı qərar gözləniləndən yumşaq oldu. Belə ki, terrorçulardan üçü 1986-cı ildə azadlığa buraxılaraq Livana göndərildi. Onlardan ikisi sonradan Ermənistana köçdü. Bir terrorçu – Aram Basmacyan isə həbsxanada özünə qəsd etdi.

Həmçinin bax

Mənbə

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.