Vəzirovlar

VəzirovlarAzərbaycan xalqının tanınmış soylarından biri.

Vəzirovlar
Titul Bəy
Əcdadı Mirzə Camal Cavanşir Qarabaği
Qohum soylar Mirzəcamalovlar, Şərifbəyovlar
Mənşəyi Qarabağ, Füzuli, Şuşa
Təbəəliyi Qarabağ xanlığı,
Rusiya İmperiyası Rusiya imperiyası
Torpaqları Qarabağın əksər mahallarında
Mülki fəaliyyəti Vəzir, Naib

Soyun yaranması

Soy öz başlanığıcını İbrahimxəlil xan CavanşirMehdiqulu xan Cavanşirin baş vəziri olmuş Mirzə Camal Cavanşir Qarabağidən götürür. Ona qədər həmin soy Cavanşir soyadını daşıyırdı. Vəzirovlar Cavanşir elinin Hacılı camaatına mənsubdurlar. Bu soyadı həm Mirzə Camal bəyin, həm onun qardaşlarının, həm də əmisioğullarının törəmələri daşıyırlar.

İbrahimxəlil xan qaçqınlıqdan dönüb, xanlığa yenidən yiyələnəndən sonra baş vəzir vəzifəsinə divanxana katibi Mirzə Camal bəy Hacılı-Cavanşiri təyin etdi. Bundan sonra 1822-ci ildə xanlıq ləğv edildikdə, Mirzə Camal bəy rus hərbi idarəsi tərəfindən yaradılan məhkəməyə işə keçirildi. O, on səkkiz il məhkəmə sistemində çalışdıqdan sonra qocalığı ilə bağlı, 1840-cı ildə istefaya çıxdı.[1]

Soyun məşhur nümayəndələri

Şəkillər

İstinadlar

  1. "Qarabağ tarixini yazan soylardan biri" (az.). Azadlıq (qəzet). 2 sentyabr 2013. 13 iyul 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 iyul 2022.
  • Ənvər Çingizoğlu. Hacılılar. Bakı, "Soy" dərgisinin özəl nəşri, 2004.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.