Vətənpərvərlər

Vətənpərvərlər (ing. Patriots Jet Team) Amerika Birləşmiş Ştatlarının qərbində hava şouları ilə çıxış edən mülki aerobatika komandasıdır. Şou zamanı 6 ədəd Aero L-39 Albatros təyyarəsi istifadə olunur. Komandanın bazası Kaliforniyada yerləşir.

Vətənpərvərlər
Növü Aerobatika komandası
Yaranma tarixi 2003 (2003) - Günümüz
Ölkə ABŞ
Tərkibi 7 pilot
25 texniki işçi
Rəngləri Tünd göy, qırmızı, ağ
            
Təchizatı Aero L-39 Albatros
MiQ-17
Rockwell Sabreliner 60
patriotsjetteam.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Komanda 2003-cü ildə iki L-39 təyyarəsi ilə uçuş nümayişlərinə başladı. 2004-cü ilin hava şousu mövsümündə komandaya üçüncü L-39 əlavə edildi. 2006-cı ildə daha bir təyyarə əlavə olundu. 2010-cu ildə təyyarələrin sayı 6-ya çatdırıldı. Komanda 25-dən çox könüllüdən ibarət texniki heyət tərəfindən dəstəklənir.

Pilotlardan bəziləri Mavi Mələklər, Thunderbirds, Snowbirds kimi məşhur aerobatika eskadronlarının köhnə pilotlarıdır.

Təchizat

Təyyarə Missiyası Sayı Qeyd
Aero L-39 Albatros Aerobatika 7[1]
MiQ-17 Aerobatika 2[2]
Rockwell Sabreliner 60 Aerobatika, Dəstək, Təlim 1[3]

İstinadlar

  1. "Team". 2022-01-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-21.
  2. "Team". 2022-01-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-21.
  3. "Upset Training Aircraft". 2022-01-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-21.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.