Vətəndə Sülh Şurası

Vətəndə Sülh Şurası (türk. Yurtta Sulh Konseyi) — 15 iyul 2016-cı ildən 16 iyul 2016-cı il tarixinə keçən gecə 65-ci Türkiyə hökumətinə qarşı uğursuz çevrilişə cəhd edən xunta.

Vətəndə Sülh Şurası
Yurtta Sulh Konseyi
Yaranma tarixi 15 iyul 2016
Ləğvolma tarixi 16 iyul 2016

Türkiyə Silahlı Qüvvələrinin yüksək rütbəli rəhbərliyi komandanlıqdan kənar fəaliyyət göstərən[1] Vətəndə Sülh Şurasının formalaşmasında iştirak etməsə də, onu Məhərrəm Kösə, Mehmet Oğuz Ağquş, Erkan Ağır və Doğan Uysal idarə etdiyi iddia olunmuşdur.[2] Çevriliş və şuranın əsas məsul şəxsinin YAŞ üzvü general Axın Öztürk olduğu iddia edilmişdir.[3][4] Həmçinin, təşkilatın Gülən hərəkatı ilə əlaqəli olduğu da iddia edilmişdir.[5]

Tijen Karaşın TRT ekranlarında oxuduğu çevriliş bəyanatı ilə ictimaiyyət ilk dəfə şuranın varlığından xəbər tutmuşdur.[6]

Ankara Respublika Baş Prokurorluğunun Baş Qərargahda çevriliş cəhdi ilə bağlı hazırladığı çətir ittihamnaməsində Vətəndə Sülh Şurasının 38 üzvdən ibarət olduğu iddia edilmişdir.[7][8][9]

İstinadlar

  1. "Erdoğan'dan ilk açıklama". sozcu.com.tr. 18 Temmuz 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 Temmuz 2016.
  2. "AA: Darbeyi planlayan Albay Muharrem Köse". t24.com.tr. 16 Temmuz 2016. 16 Temmuz 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 Temmuz 2016.
  3. "Akın Öztürk'e istenen ceza belli oldu". Sputnik Türkiye. 9 Mayıs 2018. 22 Ekim 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 Mayıs 2020.
  4. "Darbe girişiminin bir numarası adliyede ifade verdi". Sözcü. 11 Ocak 2019. 3 Şubat 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 Mayıs 2020.
  5. Sırıklı, Aylin. "Silahlı terör örgütü FETÖ'nün darbe girişimi: 90 şehit, bin 154 yaralı". aa.com.tr. 16 Temmuz 2016. 16 Temmuz 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 Temmuz 2016.
  6. "TSK: Cumhurbaşkanı gaflet, dalalet ve hatta hıyanet içinde; Yurtta Sulh Konseyi ülke yönetimine el koydu!". 15 Temmuz 2016. 16 Temmuz 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 Temmuz 2016.
  7. "Arşivlenmiş kopya". 6 Mart 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 Mart 2017.
  8. "Arşivlenmiş kopya". 6 Mart 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 Mart 2017.
  9. "Arşivlenmiş kopya". 6 Mart 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 Mart 2017.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.