Vətən oğlu (film, 1941)
Vətən oğlu — rejissor Ağarza Quliyevin[1] filmi.
Vətən oğlu | |
---|---|
Janr |
bioqrafik müharibə |
Rejissor | Ağarza Quliyev |
Ssenari müəllifi | Əbdürrəhman Minski |
Baş rollarda |
İsmayıl Əfəndiyev — Kamal Qasımov Əli Qurbanov Əzizə Məmmədova Əlisəttar Məlikov Aleksandr Popov |
Operator | Muxtar Dadaşov |
İstehsalçı | Bakı Kinostudiyası |
İlk baxış tarixi | 14 noyabr 1941 |
Filmin növü | qısametrajlı bədii film |
Müddət | 23 dəq. |
Ölkələr | SSRİ |
Dil | Azərbaycan dili |
İl | 1941 |
Texniki məlumatlar |
2 hissə 621 metr 35 mm |
Rəng | ağ-qara |
IMDb | ID1767374 |
Məzmun
Kinonovelladır. Bioqrafik film müharibə qəhrəmanı, siyasi rəhbər Kamal Qasımovun cəbhədə göstərdiyi hünərdən danışır.
Azərbaycanlı döyüşçü K. Qasımov bir neçə döyüşçü ilə birgə çay üzərindəki strateji əhəmiyyətli üç körpünü partladır və düşmənin sahilə çıxmasını xeyli ləngidir. Döyüşçü yoldaşları ilə birgə əlbəyaxa döyüşündə qəhrəmancasına həlak olur.
Filmin heyəti
Filmin üzərində işləyənlər
- Quruluşçu rejissor: Ağarza Quliyev
- Ssenari müəllifi: Əbdürrəhman Minski
- Quruluşçu operator: Muxtar Dadaşov
- Quruluşçu rəssam: Basov
- Səs operatoru: İlya Ozerski
Rollarda
- İsmayıl Əfəndiyev — Kamal Qasımov
- Əli Qurbanov
- Əzizə Məmmədova - Kamalın anası Xavər
- Əlisəttar Məlikov — neftçi
- Aleksandr Popov
İstinadlar
- Azərbaycan SSR Elmlər Akademiyası. Memarlıq və İncəsənət İnstitutu. Nazim Sadıxov. "Ağarza Quliyev haqqında qeyd". Azərbaycan bədii kinosu (1920-1935-ci illər). Bakı: Elm, 1970.- səh. 26.
Mənbə
- Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 12.
- M. Əmrahov. "Müharibə illərinin kino salnaməsi (1941-1945-ci illər)". //Təhsil, mədəniyyət, incəsənət.- 2004.- № 1.- səh. 126-129.
- Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 79; 383-384.
- Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 813.
Xarici keçidlər
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.