Vəsimə İsmayılqızı
Vəsimə İsmayıl qızı Qarayeva (Tap Qaraqoyunlu) — yazıçı, publisist, Azərbaycan Jurnalistlər Birliyinin üzvü (1999).
Vəsimə İsmayılqızı | |
---|---|
Qarayeva Vəsimə İsmayıl qızı | |
Təxəllüsü | İsmayılqızı |
Doğum yeri | Tap Qaraqoyunlu, Goranboy rayonu, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Atası | İsmayıl Qarayev |
Təhsili | GDU |
Fəaliyyəti | yazıçı, publisist |
Əsərlərinin dili | azərbaycan dili |
İlk əsəri | Goranboy (ensiklopedik toplu) |
Tanınmış əsəri | Beyləqan (ensiklopedik toplu) |
Üzvlüyü |
Həyatı
Vəsimə İsmayılqızı Goranboy rayonunun Tap Qaraqoyunlu kəndində anadan olmuşdur. Orta təhsilini Tap Qaraqoyunlu kənd orta məktəbində almış, sovxozda işləmişdir. GDU-nu fərqlənmə diplomu ilə bitirmiş (1991), təhsil aldığı universitetdə saxlanmış, psixologiya kafedrasında işləmişdir (1992-1994). Sonralar "Patronat" şirkətində redaktor, "QAPP-Poliqraf" QTSC-də redaktor (1994-1995), "İsmayıl" Nəşriyyat-Poliqrafiya Mərkəzində direktor (1995-1999), "İsmayıl" Nəşriyyat-Poliqrafiya Müəssisəsində direktor vəzifəsində çalışmışdır. Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür (1999).
Bədii yaradıcılıqla məşğuldur. Dövri mətbuatda şeirlər, kiçik hekayələr, bədii, elmi və publisistik yazılarla çıxış etmişdir.
İlk irihəcmli əsəri Goranboy bölgəsinin tarixindən, fiziki, iqtisadi və sosial coğrafiyasından, yaşayış məskənlərindən, toponimlərindən, abidələrindən, etnoqrafiyasından, əlamətdar hadisələrindən, görkəmli şəxsiyyətlərindən bəhs edən "Goranboy" ensiklopedik toplusu 2000-ci ildə nəşr olunmuşdur. Ulu öndər Heydər Əliyevin Goranboya səfərlərindən bəhs edən "Goranboyda izim qaldı" (2001), "Azərbaycan olduğu kimi" (2002), "Goranboyda izim qaldı" (2003, təkmilləşdirilmiş nəşr), "Beyləqan" ensiklopedik toplu (2010) kitabları nəşr edilmişdir.
Azərbaycan Respublikasının Milli Məclisinə keçirilmiş seçkilərdə 80 saylı İmişli-Beyləqan seçki dairəsindən deputatlığa namizəd olmuşdur (09.02.2020). Seçkilərin nəticəsi MSK tərəfindən etibarsız sayılmışdır (13.02.2020).
- Yazıçı İsmayıl Qarayevin qızıdır.
Əsərləri
- Goranboy (ensiklopedik toplu). Bakı: 2000, 496 səh.
- Goranboyda izim qaldı. Bakı: 2001, 160 səh.
- Goranboyda izim qaldı. Bakı: 2003, 192 səh.
- Beyləqan (ensiklopedik toplu). Bakı: 2010, 688 səh.
- Heydər Əliyevin Vətən səfərləri (ensiklopedik toplu). I kitab. Bakı: 2023, 808 səh.
- Goranboyda izim qaldı. Bakı: 2023, 312 səh.
- Beyləqanda izim qaldı. Bakı: 2023, 288 səh.
- Şuşada izim qaldı. Bakı: 2023, 288 səh.
- Zəfər səfərləri. I kitab. Bakı: 2023, 808 səh.
- Zəfər kitabı. Goranboy. Bakı: 2023, 592 səh.
- Zəfər kitabı. Beyləqan. Bakı: 2023, 616 səh.
- Zəfər kitabı. Şuşa. Bakı: 2023, 456 səh.
Tərtib etdiyi kitablar
- Azərbaycan olduğu kimi. Bakı: 2002, 72 səh.
- Beyləqan 70 il (1939-2009). Bakı: 2010, 30 səh.
- Daxili səfərlər. I cild. Bakı: 2023, 560 səh.
- Daxili səfərlər. II cild. Bakı: 2023, 688 səh.
Mənbə
1) XX əsr Azərbaycan yazıçıları. Ensiklopedik məlumat kitabı. Bakı: 2004, səh. ;
3) http://www.adalet.az/w180188/_%22BEYL%C6%8FQAN%22LA_BEYL%C6%8FQANA_S%C6%8FYAH%C6%8FT__/#.XrWpJEQzbZ5;
5) http://www.yenises.az/w2162.html;
6) http://www.adalet.az/w180188/_%22BEYL%C6%8FQAN%22LA_BEYL%C6%8FQANA_S%C6%8FYAH%C6%8FT__/#.XrWpk0QzbZ5;