Vəsfi-hal
Vəsfi-hal — fala baxdırma, bəxti, taleyi müəyyənləşdirmə ilə bağlı oxunan mərasim. Dilək tasının içinə müxtəlif əşyalar (üzük, sırğa, sancaq, oymaq) atılıb üstü bağlanır və mərasim nəğməsi oxunduqdan sonra onlardan biri gizli şəkildə seçilir. Nəğmə əşyanın sahibinin taleyi ilə bağlı olur.[1]
Nümunə
Göydə ulduz olaydım,
Xoşbəxt bir qız olaydım.
Yar qapını döyəndə
Evdə yalqız olaydım.
İstinadlar
Ədəbiyyat
- Azərbaycan etnoqrafiyası, Üç cilddə III cild. (2007), Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutu, Bakı: Şərq-Qərb.
- Novruz bayramı ensiklopediyası, Bakı, 2008 , "Şərq Qərb", 208 səh.
Xarici keçidlər
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.