Vəqram (Yuxarı Xaçın knyazı)

Vəqram – XIV əsrin sonu – XV əsrin əvvəllərində Yuxarı Xaçın hakimi. Atası III Həsən və qardaşlarının Əmir Teymura qarşı döyüşdə öldürülməsindən sonra hakimiyyətə gəlmişdi.[1] Vəqram haqqında 1411-ci ilə aid əlyazmada məlumat saxlanmışdır.[2] Vəqarmla birgə böyük qardaşı Qriqor, qardaşının oğlanları Seyti (qardaşı Şanşahın oğlu) və Dursun (qardaşı Ağbuğanın oğlu)[1] da ölkənin idarə olunmasında iştirak etmişdir.[1] Lakin əsas idarəedici fiqurun Vəqram olduğu düşünülür.

Vəqram
VIII Yuxarı Xaçın knyazı
ƏvvəlkiIII Həsən
Şəxsi məlumatlar
Doğum tarixi ?
Vəfat tarixi ?
Ailəsi Dop sülaləsi
Dini xristian

İstinadlar

  1. Б. Улубабян. История Арцаха от начала до наших дней. — Ер., 1994. — С. 121
  2. Малые хроники, XV век, т. 1, стр. 122

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.