Vənlik
Vənlik — Azərbaycan Respublikasının Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd.
Vənlik | |
---|---|
39°05′ şm. e. 48°29′ ş. u. | |
Ölkə |
![]() |
Rayon | Cəlilabad rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 436 (2009) nəfər |
|
Tarixi
Gözbulağın cənub-şərqində olan Vənlik kəndi XIX əsrin ikinci yarısında salınmışdır. Əhalinin əsas məşğuliyyəti maldarlıqdır. Ağacan bəy Şirinbəy oğlu adlı bir şəxs tərəfindən salınmış bu kəndin əhalisi demək olar ki, bir ailənin övladlarından əmələ gəlmişdir. 1907-ci ildə vəfat etmiş Ağacan bəy öz vəsiyyətinə görə bu kəndin mərkəzində yerləşən doğma mülkünün həyətində dəfn olunmuşdur. Ailənin digər üzvlərinin məzarları isə Pirhəsən və Ağdaş qəbristanlığındadır.[1]
Toponimikası
Vənlik oyk., düz. Cəlilabad r-nunun Ağdaş i.ə.v.-də kənd. Fətullaqışlaq çayının sahilində, Burovar silsiləsinin ətəyindədir. Yaşayış məntəqəsi vən (göyrüş) sözündən və -lik şək.-sindən ibarət olub, “vən ağacı bitən yer, göyrüşlük” mənasındadır.[2]
Əhalisi
2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 436 nəfər əhali yaşayır.[3]
İqtisadiyyatı
Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Həmçinin bax
Xarici keçidlər
İstinadlar
- . Arxivləşdirilib 2016-11-17 at the Wayback Machine
- Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
- Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629