Vəli bəy Yadigarov

Vəli bəy Yadigarov (31 oktyabr 1897 və ya 31 oktyabr 1898, Təkəli, Borçalı qəzası13 dekabr 1971[1][2], Buenos-Ayres) — Rusiya Çar Ordusunda xidmət etmiş azərbaycanlı hərbçi, polkovnik.

Vəli bəy Yadigarov
Şəxsi məlumatlar
Doğum tarixi 31 oktyabr 1897(1897-10-31) və ya 31 oktyabr 1898(1898-10-31)
Doğum yeri
Vəfat tarixi 13 dekabr 1971(1971-12-13)[1][2]
Vəfat yeri
Dəfn yeri
  • Varşava Müsəlman Tatar qəbiristanlığı[d]
Vətəndaşlığı
Təhsili
Hərbi fəaliyyəti
Mənsubiyyəti  Rusiya İmperiyası
Azərbaycan AXC
Polşa Respublikası
Qoşun növü Süvari
Rütbəsi polkovnik
Döyüşlər
Təltifləri 4-cü dərəcəli "Müqəddəs Georgi" xaçı "İgidliyə görə" medalı Cross of Valour Xidmətlərinə görə xaç Armia Krajowa Cross
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Vəli bəy Sadıq bəy oğlu Yadigarov 1898-ci ildə Borçalının Təkəli kəndində zadəgan ailəsində anadan olmuşdur. Bu nəsildən 1918–1920-ci illərdə Milli Orduda səkkiz zabit şərəflə xidmət etmişdir: poruçik Nadir bəy, kornet Rəhim bəy, praporşik Adilbəy, poruçik Abuzər bəy, ikinci Qarabağ süvari alayında üçüncü bölüyün komandiri, ştabs-rotmistri Məmməd bəy, ikinci Qarabağ süvari alayında ikinci bölüyün rotmistri Daniyal bəy, podpolkovnik İsrafil bəy Həsən bəy oğlu və süvari diviziyasının rəis müavini general-mayor Davud bəy Yadigarovlar. Vəli bəy Yadigarov ilk hərbi təhsilini 1909–1916-cı illərdə Tiflis hərbi gimnaziyasında almışdır. 1916-cı ildən Vəli bəy Əlahiddə Qafqaz Korpusunun süvari hissələrində xidmət etməya başlamışdır. I Dünya müharibəsini Qafqaz cəbhəsində qarşılayan gənc kornet cəbhəyə göndərilmiş və məşhur Brusilov hücumunda iştirak etmişdir.

Fəaliyyətləri

1918-ci ilin sentyabrından Milli Orduda korpus komandirinin yanında eskadron komandiri olmuşdur. XI Ordu Bakıya basqın edəndə üçüncü Şəki süvari alayının pərakəndə dəstəsilə vuruşa-vuruşa Gürcüstan ərzisinə çəkilmişdir. 1921-ci ilin martınadək bolşeviklərə qarşı vuruşmuş və həmin il əvvəlcə Türkiyəyə, sonra Polşaya mühacirətə getmişdir. Polşada "Armiya krayova" xalq ordusunda əməliyyat şöbəsində süvari rəisi və 10-cu süvari atıcılar əlahiddə diviziyasının komandiri olmuşdur. Polşada çıxan "Jiçe Varşavı" qəzeti 6 iyul 1990-cı il tarixli nömrəsində polkovnik Vəli bəy Yadigarov haqqında yazır: "Ötən şənbə Varşava qəbirstanlığında Vəli bəy Yadigar müsəlman-tatar qaydası ilə dəfn olunmuşdur. Dəfn fəxri qarovulun müşayiəti və hərbçi şöhrəti qaydaları ilə keçirilmişdir. Mərhumu son mənzilə yaxın qohumları, dostları, keçmiş alaydaşları yola salmışlar.

Yaylım atəşi açılmış, orkestr Şopenin dəfn marşını çalmışdır. Cənazə üzərində müsəlman ayinini Varşava və Belastok yeparxiyasının imamı Aleksandr Əli Şaletski icra etmişdir. Bəs polkovnik Yadigar kimdir? Müsəlmandır, Azərbaycan knyazıdır.

Bu qərib Polşa ordusu heyətində vuruşmuş, K.Soskovski adına yeddinci Ulan alayının zabiti olmuşdur. O,1920-ci ildə tabeliyində olan hissə ilə birlikdə Azərbaycanı tərk etmək məcburiyyətində qalmış, 1921-ci ilin mart ayında Polşada sığınacaq tapmış, müqavilə ilə polyak ordusu sıralarına daxil olmuşdur. Qruzdendə süvari məktəbini və Varşavada Ali Hərbi Məktəbi bitirdikdən sonra yeddinci süvari polkunun komandir müavini təyin edilmişdir. Polyak qızına evlənmiş, polyak dilini öyrənmişdir. Keçmiş alaydaşları onu son dərəcə yüksək mədəniyyətə, sağlam həyat tərzinə malik insan, həm də olduqca tələbkar zabit kimi xatırlayırlar. Vəli bəy Polşaya hücum etmiş hitlerçi qəsbkarlara qarşı 1939-cu il 11 sentyabrda təşkil olunmuş müdafiə kompaniyasında iştirak etmiş, Mazovetski süvari briqadasının qərargah rəisi olmuşdur. Polşanın işğalından sonra Armiya Krayovanın (AK) tərkibinə daxil olan "Olen" polkunun komandiri kimi Varşava üsyanında iştirak etmişdir.

Müharibədən sonra Vəli bəy Yadigar Argentinaya mühacirət edib.[3] Argentinada Azərbaycan Türkləri Milli Ocağını qurub[4]. 1971-ci il dekabrın 13-də Buenes-Ayresdə vəfat etmişdir. Öz vəsiyyəti ilə Polşada təkrar dəfn edilmişdir. Dəfn mərasimində mərhumun qızı — Züleyxa xanım Yadigar-Kalinovskaya da olmuşdur. O, hazırda milliyyətcə polyak olan əri ilə İspaniyada yaşayır."

Xatirəsi

Vəli bəy Yadigarovun Varşava şəhərinin Praqa rayonunda ucaldılmış abidəsi.

Görkəmli hərbçi Vəlibəy Yadigarov haqqında sənədli film çəkilir. Filmi Tahir Vəliyev çəkir.[5] 2017-ci il sentyabrın 7-də Varşava şəhərində general-leytenant Süleyman bəy Sulkeviç və polkovnik Vəli bəy Yadigarovun xatirəsinə ucaldılmış abidənin açılışı olub.[6]

Ədəbiyyat

İstinadlar

  1. Veli bek Wacław Jedigar // NUKAT. 2002.
  2. Veli bek Wacław Jedigar // MAK (pol.).
  3. Nəsiman Yaqublu. Azərbaycan Milli Azadlıq Hərəkatı Ensiklopediyası. Bakı: Qanun Nəşriyyatı. 2018. səh. 129. ISBN 978-9952-36-521-4.
  4. Mehman Ağayev. Kurtuluş Savaşı Yıllarında Türkiye Azerbaycan İlişkileri (PDF). İstanbul: IQ Kültür Sanat Yayıncılık. 2008. səh. 200. ISBN 9789752552364. 2023-01-18 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2023-01-18.
  5. Abdullayeva, S. Görkəmli hərbçi Vəlibəy Yadigarov haqqında sənədli film çəkilir: [Tahir Vəliyevin çəkdiyi sənədli film haqqında] //525-ci qəzet.- 2015.- 14 may.- S. 7.
  6. "Varşavada Azərbaycan hərbi xadimlərinin xatirəsinə ucaldılmış abidənin açılışı olub (FOTO)". az.trend.az. 2021-12-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 sentyabr 2017.

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.