Vəli Ləzgiyev

Vəli Ləzgiyev - Şair, Partizan

Vəli Ləzgiyev
Doğum tarixi
Doğum yeri Kəmərli, Qazax rayonu
Vəfat tarixi
Fəaliyyəti Şair, Partizan

Həyatı

Vəli Ləzgiyev 1909-cu ildə Qazax rayonunun Kəmərli kəndində anadan olmuşdur. “Səyyar” təxəllüsü ilə tanınırdı. İbtidai təhsilini Kəmərli kəndində almışdır. Qazax Pedaqoji Texnikumunu bitirərək orta təhsil almışdır.

Qazax Pedaqoji Seminariyasını müvəffəqiyyətlə bitirmişdir.

1938-ci ildə Tiflisdə iki illik Müəllimlər İnstitunu bitirib. Ərəb və fars dillərini bilirdi. Gürcüstanın rayonlarında müəllim, maarif şöbə müdri, inspektor və s.vəzifələrdə çalışmışdır.[1]

1941-ci ildə Vətən müharibəsinə səfərbər olunmuşdur. II Dünya Müharibəsi illərində Almanlara əsr düşmüş, lakin əsirlikdən qaçaraq Şimali İtaliyada partizan Mehdi Hüseynzadənin “Partizan Hərakatı”na qoşulmuşdu.[2]

Vəli Ləzgiyev 1968-ci ildə vəfat etmiş və Kəmərli kəndində dəfn edilmişdir.

İstinadlar

  1. . anl.az Məmməd Dəmirçioğlu Ədalət.-2011.-10 dekabr.- S.18.  (az.)
  2. . Arxivləşdirilib 2016-05-29 at the Wayback Machine Qazax information centre  (az.)
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.