Vəli Əliyev (yazıçı)

Vəli İsa oğlu Əliyev (18 dekabr 1927, Qaçağan, Gürcüstan Sovet Sosialist Respublikası[d]12 aprel 1983, Tbilisi) — Gürcüstan SSR ictimai xadimi, tanınmış publisis və jurnalist. Gürcüstan SSR Əməkdar mədəniyyət işçisi. SSRİ Yazıçılar İttifaqnın və SSRİ Jurnalistlər İttifaqının üzvü. 1965-1983-cü illərdə “Gürcüstan KP MK orqanı, azərbaycandilli “Sovet Gürcüstanı” qəzeti Redaksiyasının Ədəbiyyat, incəsənət və təhsil şöbəsinin müdiri.

VƏLİ ƏLİYEV
Vəli İsa oğlu Əliyev
Doğum tarixi 18 dekabr 1927(1927-12-18)
Doğum yeri
Vəfat tarixi 12 aprel 1983(1983-04-12) (55 yaşında)
Vəfat yeri
Vətəndaşlığı ZSFSR 1927-1936
SSRİ SSRİ 1927-1983
Atası Əliyev İsa Məmmədqulu oğlu
Milliyyəti Qarapapaq türkü
Dini İslam
İxtisası Filoloq
Təhsili S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti Fililogiya fakultəsi (1950-1955)
Fəaliyyəti "Sovet Gürcüstan" qəzeti Redaksiyasının şöbə müdiri
Fəaliyyət illəri 1960-1983

Həyatı

Vəli İsa oğlu Əliyev 1927-ci ildə Gürcüstan SSR-in Borçalı qəzsasının , Qaçağan kəndində ziyalı ailəsində dünyaya gəlib. Uşaqlığı və erkən gənçliyi Qaçağan kəndində keçib. 1950-ci ildə Bakıya ali təhsil almağa gəlib və 1955-ci ildə Azərbaycan Dövlət Universitetini bitirdikdən sonra Bakıda “Pioner” jurnalında texniki redaktor işləyib. 1960-cı ildə isə “Sovet Gürcüstanı” qəzetində işləməyə dəvət edildikdən sonra Tbilisi şəhərinə köçüb və ömrünün sonuna qədər orada yaşayıb. 1983-cü ildə vəfat etdikdən sonra Maneuli rayonu Qaçağam kənd məzarlığında dəfn edilib.

Təhsili

  • 1949-cu ildə Borçalı qəzası Qaçağan kənd ümumtəhsil məktəbini bitirib.
  • 1955-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin Filologiya fakultəsini başa vurub.

Soykökü

Vəli Əliyev Borçalının qədim Qarapapaq nəsillərindən biri olan Dəlləkli nəslindəndir. O 1927-ci ildə İsa Məmmədqulu oğlu Əliyevin ailəsində dünayay gəlmişdir Dəlləkli nəsinin nümayəndələri türkəçara üsullarını bildikləri üçün həmin nəslə Dəlləkli adı veriblər. Nəslin ilk nümayəndələri 15-ci əsrdə indiki Dərbənd yaxınlığından Borçalıya gəlmişlər. Nəslin bəzi nümayədələrinin15-ci əsrdən oncə şaman olduqları bildirilir və güman bu səbəbdən də türkəçara üsullarını və bilgilərini nəsildən-nəslə ötürərək yaşatmışlar. Qaçağan kəndində Dəlləkli nəslinin nümayəndələrinin önünə daima Dəllək dəqiqləşdirməsi artırılmışdır. Vəli Əliyevin atası İsa Əliyev Qaçağanda Dəllək İsa kimi tanınırdı.

Karyerası və fəaliyyəti

Vəli Əliyev jurnalist fəaliyyətinə 1955-ci ildə Azərbaycanda nəşr edilən “Pioner” jurnalında texniki redaktor kimi başlayıb və 1960-cı ilə həmin jurnalın redaksiyasında fəaliyyət göstərib. 1960-cı ildə “Sovet Gürcüstanı” qəzetinin redaksiyası onu Ədəbiyyat, incəsənət və təhsil şöbəsinə müdir olaraq dəvət edib. Borçalını, eli-obası Qaçağanı qəlbən sevən Vəli Əliyev Tiflisə köçür və bundan sonra karyerasını həmin qəzetlə bağlayır.

1962-ci ildə Vəli Əliyev "Sovet Gürcüstanı" qəzeti Redaksiyasında Gürcüstan KP ilk partiya təşkilatının katibi təyin edilir. 1965-ci ildə o, yenidən "Sovet Gürcüstanı" qzəeti redaksiyasının Ədəbiyyat, incəsənət və təhsil şöbəsinə müdir təyin edilir.

Gürcüstan SSR-də "Sovet Gürcüstanı" qəzeti azərbaycan dilində yeganə mərkəzi mətbuat orqanı olduğundan, həmin qzəetin Redaksiyasının əməkdaşları, qzəetdə dərc dilən mütəmadi yazılar Gürcüstanda yaşayan soydaşlarımızın və Borçalının ictimai rəyinə ciddi təsir edirdi. Qəzetin redaksiyasında 1950-1990-cı illər ərzində Borçalının bir çox tanınmış ziyalısı, yazıçısı, publisisdi və jurnalisti çalışmışdır. Vəli Əliyev ideoloji baxımdan solçu fikirli olasa da böyük türkçü idi və Borçalının taleyinə heç zaman biganə qalmırdı.

V.Əliyev Tbilisidə yaşamağına baxmayaraq daimi olaraq Moskvada və bakıda nəşr edilən SSRİ dövri mətbuatında, ədəbi-bədii jurnalalrına daimi olaraq yazılarıyla çıxış edirdi.

Vəli Əliyevin gizli türkçülüyü, Gürücstan SSR-də yaşayan türkdilli vətəndaşların problemlərini qaldırması, Marneuli, Bolnisi, Qardabani, Dmanisi rayonlarında və Tbilisi şəhərində olan azərbaycandilli məktəblərdə təhsil yüksəldilməsi üçün daima müdaxilə etməsi heç də çox zaman Gürcüstan SSR rəhbərliyindəki gürcü millətçilərinin xoşona gəlmirdi. Vəli Əiyevə qarşı dəfələrlə tədbirlər görülsə də, onun təmiz əqidəli olması, pripsipallığı öz rolunu oynayırdı. Həmçinin V.Əliyevin SSRİ yazıçılar Birliyinin üzvü olmasıd a ciddi faktor idi və Moskvadakı səmii dostları onu daima müdafiə edirdilər.

Mükafatları

  • ”Lenin” yubiley medalı
  • Gürcüstan SSR Əməkdar mədəniyyət işçisi fəxri adı.
  • Gürcüstan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı
  • Gürcüstan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı

Mənbə

  • "Qaçağan eli". Bakı, Təfəkkür NPM. 2002, 128-ci səifə.

İstinadlar

    This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.