Vəli Ələkbərov

Vəli Zeynalabdin oglu Ələkbərov (iyul 1922, Sabunçu, İrəvan qəzası17 mart 2016, Şirvan) — İctimai-siyasi xadim, tarixçi, pedaqoq. Xalq Deputatlar Sovetinin deputatı, Əli-Bayramlı Xalq Deputatlar Soveti İcraiyyə Komitəsinin sədri, Əli-Bayramlı Xalq Maarif şöbəsinin müdri.[1][2]

Vəli Ələkbərov
Doğum tarixi iyul 1922
Doğum yeri
Vəfat tarixi 17 mart 2016(2016-03-17) (93 yaşında)
Vəfat yeri
İxtisası Tarix
Təhsili

İrəvan Kənd Təsərrüfatı Texnikumu Naxçıvan Müəllimlər İnstitutu

Azərbaycan Dövlət Universiteti
Fəaliyyəti İctimai-siyasi xadim, tarixçi, pedaqoq
Mükafatları 1-ci dərəcəli "Vətən müharibəsi" ordeni "Qırmızı əmək bayrağı" ordeni "1941–1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı "İgidliyə görə" medalı "Qafqazın müdafiəsinə görə" medalı "Vladimir İliç Leninin anadan olmasının 100 illiyi münasibətilə" yubiley medalı "1941–1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı "Əmək veteranı" medalı "1941–1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 20 illiyi" yubiley medalı "1941–1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 30 illiyi" yubiley medalı "1941–1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 40 illiyi" yubiley medalı "1941–1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 60 illiyi" yubiley medalı "SSRİ Silahlı Qüvvələrinin 40 illiyi" yubiley medalı "SSRİ Silahlı Qüvvələrinin 50 illiyi" yubiley medalı "SSRİ Silahlı Qüvvələrinin 60 illiyi" yubiley medalı "SSRİ Silahlı Qüvvələrinin 70 illiyi" yubiley medalı


Həyatı

Vəli Ələkbərov 1922-ci ilin iyul ayında tarixi Qərbi Azərbaycanda Qəmərli Rayonun Sabunçu kəndində kolxozçu ailəsində anadan olub. 1937-ci ildə Zəngibasar rayonunun Uluxanlı kəndində vaxtı ilə Cəlil Məmmədquluzadənin dərs dediyi məktəbi bitirib,30–cu illərdən başlayaraq Uluxanlıda ali təhsilli ziyalılar yetişməyə başladı.Həmin ili İrəvan Kənd Təsərufatı Texnikumuna daxil olub, 1941-ci ildə texnikumu müvəffəqiyətlə bitirib 1941-ci il 1 sentyabrdan 1941-ci il 23 noyabra kimi Sabunçu kəndində müəllim işləyib, həmin ili Sovet ordusunun sıralarına daxil olub, Qafqazın müdafiəsində fəal iştirak edib, 1944-cü ilin 17 avqustuna qədər zabit kimi savaşda iştirak etmiş və Ukraynada gedən döyuşlər zamanı aldığı güllə yarasına görə ordudan tərxis olunmuşdur.[3] Vətənə qayıtdıqdan sonra atasını görə bilmir, 1943-cü ilin 13 aprelində Zeynalabdin Krosnadar diyarınin Abdinski rayonunnun düşməndən təmizlənməsində gedən ağır döyüşdə həlak olur və həmin rayonun Miqemski qəbiristanlıgında dəfn olunur. Əsas faktlardan biri odur ki, ata və oğul eyni vaxtda 589-cu polkun tərkibində vuruşsalar da, bir-birlərindən xəbərsiz olublar. Vəli Ələkbərov 1944-cü ildən 1950-ci ilədək yenidən Sabunçu məktəbində müəllim sonra isə məktəb direktoru işləməyə başlamış, eyni zamanda Naxçıvanda iki illik Pedaqoji Müəllimlər İnstitutunda qiyabi olaraq təhsil almışdır.

25 may 1950-ci ildə torpaqlarından deportasiya olunaraq Əli Bayramlı rayonu Dadaşbəyli kəndinə məskunlaşmış, həmin ildən əmək fəaliyyətinə başlamışdır. 17 mart 2016-cı ildə 94 yaşında dunyasın dəyişmişdir.

Fəaliyyəti

1 dekabr 1950-ci ildən 30 yanvar 1962-ci ilə kimi Əli Bayramlı rayon partiya komitəsinin təbliğatçisi, təbligat-təşviqat şöbəsinin müdir müavini və mudiri, partiya kabinetinin mudiri fəaliyyətlərində çalışmışdır.1952–1953-cü illərdə Azərbaycan KP MK yanında iki illik Respublika partiya nəzdində partiya-sovet işcilərini hazırlayan 9 aylıq kursu bitirdikdən sonra 1959-cu ildə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirmişdir. 31 yanvar-10 may 1962-ci ildə Yüksəliş qazetin redaktoru, 1962-ci ildən 27 iyun 1973-cü ilə kimi Əli Bayramlıda Xalq Deputatlar Soveti İcraiyyə Komitəsinin sədr muavini və sədri işləməyə başlamışdır.[4][5]

1953-cü ildən, akad. Yusif Məmmədəliyevin Azərbaycan Respublikası üzrə fəxri sədri olduğu "Bilik" Maarifçilik Cəmiyyətinin Əli-Bayramlı şəhəri üzrə fəxri sədri olmuşdur.

Müxtəlif illərdə Əli Bayramlı rayonun bir sıra məktəblərində direktor işləyən V. Ələkbərov 1 iyun 1976-cı ildən 30 avqust 1986-cı ilə kimi şəhər Xalq Maarif şöbəsinin müdri, 5 sentyabr 1990-cı ildən 16 noyabr 1991-ci ilə kimi Kommunal Təsərrufatı İstehsalat Birliyinin rəisi, 12 may 1995-ci ildən 4 avqust 1995-ci ilə kimi Hacıqəhramanlı qəsəbəsində şəhər İcra Hakimiyəsinin Başcısının numayəndəsi, 1952-ci ildən 1990-cı ilə kimi rayon partiya Komitəsinin plenum üzvü, 1965–1973-cü və 1988–1990-cı illərdə şəhər partiya büro üzvü, 1952–1995-ci ilə kimi rayon Xalq Deputatlarının Sovetinin deputatı,1945–1991-ci illərə kimi Sovet İttifaqı KP-nın uzvü,1993–2016-cı illərə kimi YAP uzvü olmuşdur.[6][7]

1963–1986-cı illərə kimi şəhər İcraiyyə Komitəsinin rəyasət heyətinin üzvü, 1996-cı ildə şəhər icra Hakimiyyətinin başcısının şura üzvü, 1998-ci ildən şəhər İcra hakimiyyətində Mülki Müdafiə Qərargahının rəisi və ömrünün sonuna kimi şəhər Ağsaqqallar şurasınin sədri olmuşdur.[8]

Foto Şəkil













Mükafatları

2 orden, 15 medalla təltif olunmuş V. Ələkbərov Bunlara Qırmızı Əmək Bayrağı ordeni, 1-ci dərəcəli Böyük Vətən müharibəsi ordeni, "İgidliyə görə", "Döyüşdə fərqlənməyə görə", "Qafqazın müdafiəsinə görə" 1941–1945-ci illərdə alman faşizmi üzərində qələbəyə görə medalları, Əmək veteranı medalı, 1941–1945-ci illərdə fədakar əməyə görə medalı, Döyüş xidmətlərinə görə, V. İ. Leninin anadan olmasının 100 illik yubileyi medalı,1941–1945-ci illərdə BVM-də qələbənin 20,25,30,40,50,60,65,70 illiyi yubiley medalları, SSRİ Silahlı Qüvvələrinin 40,50,60,70 illiyinə görə medalları,1941–1945-ci illərdə Ukraynanın nasist işğalçılarından azad edilməsinin 70 illiyi yubiley medalı, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918–2008)" yubiley medalı,1941–1945-ci illər muharibəsi veteranı döş nışanı, Qabaqcıl maarif xadimi döş nişanı, Şirvan şəhərin 50 illik yubileyi və sosial-iqtisadi inkişafında xidmətlərinə görə Fəxri Fərman ilə təltif edilmişdir.

İstinadlar

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.