Vəkil Hacılı
Hacılı Vəkil Məhəmməd oğlu (6 mart 1936, Sarvan, Marneuli rayonu – 2008, Bakı) — tənqidçi, ədəbiyyatşünas, 1970-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü.
Vəkil Hacılı | |
---|---|
Vəkil Məhəmməd oğlu Hacılı | |
Doğum tarixi | 6 mart 1936 |
Doğum yeri | |
Vəfat tarixi | 2008 |
Vəfat yeri | |
Milliyyəti | azərbaycanlı |
Elm sahəsi | ədəbiyyatşünaslıq |
Təhsili |
Həyatı
Vəkil Hacılı 1936-cı il martın 6-da Gürcüstanın Borçalı (indiki Marneuli) rayonunun Sarvan kəndində anadan olmuşdur. Borçalının öndər şəxsiyyəti Nayvəlinin nəticəsi, filosof alim Cümşüd Hacıyevin, filoloq alim Abbas Hacıyevin, pedaqoq və ictimai xadim Tofiq Hacıyev (siyasətçi)in qardaşı, filoloq Asif Hacılının əmisidir.
Vəkil Hacılı Borçalı Pedaqoji Texnikumunda (1951-1955), Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsində təhsil almışdır (1955-1960).
Tələbəlik illərində xam torpaqlarda tələbə inşaat dəstələrində fəaliyyət göstərmişdir (1958).
1961-ci ildə ADU–nun Avropa ədəbiyyatı ixtisası üzrə aspiranturasına daxil olmuşdur. Aspiranturada akademik, Azərbaycanın xalq yazıçısı Mirzə İbrahimovun rəhbərliyi ilə 1964-cü ildə namizədlik dissertasiyası müdafiə etmişdir.
Universitetin xarici ölkələr ədəbiyyatı kafedrasında müəllim, baş müəllim və dosent işləmişdir (1965 – 1982).
1978-1980-ci illərdə Türkiyənin İskəndərun şəhərində metallurgiya zavodunda tərcüməçilik etmişdir.
1982–ci ildən BDU–nun XX əsr rus ədəbiyyatı və ədəbiyyat nəzəriyyəsi kafedrasının dosenti, həm də Ədəbiyyatşünaslıq üzrə ixtisaslaşmış müdafiə şurasının elmi katibi olmuşdur (1983–1989). Filologiya fakültəsində xarici ölkələr ədəbiyyatı, ədəbiyyat nəzəriyyəsi, ədəbi tənqid fənlərindən mühazirələr oxumuş, proqram, dərs vəsaitlərinin müəllifi olmuşdur.
Elmi fəaliyyəti
Vəkil Hacılının elmi yaradıcılığının əsas istiqamətləri xarici ölkələr ədəbiyyatı, ədəbiyyat nəzərriyyəsi, ədəbi əlaqələr və tərcüməşünaslıq, ədəbi tənqidi əhatə etmişdir. Bir çox klassik və müasir Avropa yazıçısının yaradıcılığı haqqında Azərbaycan ədəbiyyatşünaslığında ilk elmi əsərlərin, o cümlədən, Şiller haqqında monoqrafik tədqiqatın müəllifi olmuşdur.
"Vilhelm Tell" adlı ilk elmi məqaləsi ADU "Elmi əsərləri"ndə (1963,№2) dil və ədəbiyyat seriyasında dərc edilmişdir. Həmin vaxtdan dövri mətbuatda elmi – nəzəri və tənqidi məqalərlə çıxış etmişdir.
Ədəbiyyatın nəzəri və tarx problemlərinə, müasir ədəbi prosesə, xarici ölkələrin ədəbiyyatına dair tədqiqatlar aparmışdır. Antik mədəniyyətə, Avropa ədəbiyyatına, o cümlədən, alman romantizminə, Azərbaycan-Avropa, Azərbaycan-rus ədəbi əlaqələrinə həsr olunmuş bir sıra elmi məqalələr yazmışdır.
Bir çox Azərbaycan yazıçıları və ədiblərinin yaradıcılığına dair elmi-tənqidi məqalələri dərc olunmuşdur..
Alman və rus dillərindən tərcümələr etmiş, tərcüməşünaslığa, Avropa və rus ədəbiyyatının Azərbaycan dilinə tərcümələrinə aid əsərlər yazmışdır.
Müasir dövrdə ictimai əhəmiyyət kəsb edən kulturoloji problemlərə, xüsusən, əlifba, ana dili məsələlərinə, Borçalı türklərinin problemlərinə dair əsərlərin müəllifidir.
Bir çox ədəbi – bədii topluların tərtibçisi olmuşdur. Xarici ölkələr ədəbiyyatına, ədəbiyyat nəzəriyyəsinə aid mühazirələri gənc filoloqların formalaşmasında xüsusi rol oynamışdır.
Əsərləri
- Ранняя драматургия Фридриха Шиллера. Б., 1964
- XVIII əsr alman ədəbiyyatına dair mühazirələr: Lessinq, Şiller. Höte. B.,1967
- "Dədə Qorqud" dastanlarında əxlaq məsələləri // BDU Elmi əsərləri, 1977, № 4, s.46-51
- "Gənc Şiller (bədii üsulu və sənətkarlığı). Monoqrafiya. B., "Yazıçı", 1991
- "Gəlinlik paltarı"nın işığında. B., 2005
- Vəkil Hacıyev. Seçilmiş əsərləri
Xarici keçidlər
- Vəkil Hacılı Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine
- Azərbaycanın şair və yazıçıları
- http://bizimasr.media-az.com/arxiv_2003/mart/57/meden.html Arxivləşdirilib 2003-04-28 at the Wayback Machine
- http://www.azcla.org/Contentandauthors.pdf
- http://az.wikiwix.com/index.php?action=v%C9%99kil+Hacili&lang=az&disp=article
Həmçinin bax
- Nayvəlilər (Hacıyevlər)
- Nayvəli
- Rüstəm Hacıyev
- Cümşüd Hacıyev
- Abbas Hacıyev
- Vəkil Hacılı
- Baxış Hacıyev
- Tofiq Hacıyev
- Rafiq Hacıyev
- Asif Hacılı