Vəhşi ov

Vəhşi ovgerman-skandinav mifologiyasında sürü halında olan bir qrup xəyali atlı ovçu. Bu ovçular elflər, pərilər və ya ruhlar ola bilərlər.[1][2] Ovun rəhbəri adətən Odin ilə bağlı adlı bir fiqur olur,[3] ancaq bəzi hallarda Böyük Teodrix, Danimarka kralı IV Valdemar Atterdaq, Uels mifik tanrısı Qvin ap Nudd kimi tarixi və ya əfsanəvi şəxsiyyətlər, eləcə də İrod Antipa, Kabil, CəbrayılŞeytan kimi Bibliyada olan varlıqlar da ola bilər.

Odinin Vəhşi ovu (norv. Asgårdsreien). Peter Nikolay Arbo. 1872-ci il.

Vəhşi ov müharibə və vəba kimi faciələrin əlaməti hesab edilirdi.[4] Ova şahid olan insanlar oğurlanaraq cəhənnəmə və ya pəri diyarına aparılırdı.[5] Bəzi yerlərdə insanların ruhlarının kavalkada qoşulmaq üçün yatdıqları yerdə götürüləcəyinə inanılırdı.[6]

Dəlil və terminologiya

Alman folkloru əsasında aparılan müqayisəli yanaşmaya əsaslanaraq, hadisəyə adətən "Wilde Jagd" (azərb. Vəhşi ov/təqib) və ya "Wildes Heer" (azərb. Vəhşi ordu) deyilir. Hadisənin "Vəhşi ordu" və ya "Qəzəbli ordu" adlandırıldığı Almaniyada onun liderinə müxtəlif kimliklər verilmişdi. Bunlara Vodan, Krampus, Perxta və Çovğun xanım (alm. Frau Holle) aiddir. Vəhşi ov orta əsrlərdən sonrakı folklorda da öz əksini tapır.

Bu hadisə İngiltərədə "Herlaþing" (azərb. Herlanın yığıncağı), "Woden's Hunt" (azərb. Vodenin ovu), "Herod's Hunt (azərb. Herodun ovu) və ya "Cain's Hunt" (azərb. Cəbrayılın ovu),[7] Kornuallda "The Devil's Dandy Dogs" (azərb. Şeytanın məlaikə itləri),[8] Şimali İngiltərədə "Gabriel's Hounds" (azərb. Cəbrayılın köpəkləri),[9][10][11] Şimali Amerikada isə "Ghost Riders" (azərb. Ruh süvariləri) adlandırılırdı.[12] Uelsdə buna oxşar bir hadisəyə "Cŵn Annwn" (azərb. Annunun köpəkləri) deyərdilər.

Vəhşi ov Skandinaviyada "Oskoreia" (azərb. Qışqırtılı süvarilər), "Asgårdsreia" (azərb. Asqard gəzintisi),[lower-alpha 1] "Odens jakt" (azərb. Odinin ovu) və ya "Vilda jakten" (azərb. Vəhşi ov) olaraq tanınırdı.

Hadisə Fransanın şimalında "Mesnée d'Hellequin" (azərb. Arlekin ailəsi),[lower-alpha 2] Kanadada "Chasse-galerie" kimi bilinirdi. Hadisə Qərbi slavyan Mərkəzi Avropasında "Divoký hon", "Dziki Gon", "Dziki Łów", "Divja Jaga" (azərb. Vəhşi ov) və ya "Štvaní" (azərb. Qısqı) adlandırılırdı.

Eyni folk mifinin başqa variasiyaları İtaliyada "Caccia Morta" (azərb. Ölü ovu), "Caccia infernale" (azərb. Dözülməz ov) və "Caccia selvaggia" (azərb. Vəhşi ov), Qalisiyada "Estantiga" (azərb. Qədim ordu), Leonda isə "Hueste de Ánimas" (azərb. Ruh qoşunları) adlandırılırdı.

Populyar mədəniyyətdə

Peter Nikolay Arbonun 1872-ci ildə çəkdiyi "Åsgårdsreien" əsəri Vəhşi ovun Skandinaviya versiyasını təsvir edir. Burada Odin ovun rəhbəridir.[13]

Vəhşi ov "Marvel Comics" brendinə aid olan Tor seriyasında da görünür. Burada onun rəhbəri Lənətlənmiş Malekitdir.

Vəhşi ovun elementləri Andrey Sapkovskinin "Cadugər" adlı fantastik roman seriyasında mövcuddur. "CD Projekt Red" tərəfindən istehsal olunmuş və 2015-ci ildə satışa çıxarılmış "The Witcher 3: Wild Hunt" oyununun süjetinin əsas hissəsi Vəhşi ovdan bəhs edir.[14]

Vəhşi ov "The Elder Scrolls" rol video oyunu seriyasında Bosmer (odun elfləri) tərəfindən uğur əldə etmək üçün müharibədən əvvəl tətbiq olunan bir mərasimdir. Elflər dəhşətli varlıqlardan ibarət bir orduya çevrilir və önünə çıxan hər kəsi öldürür. Daedrik lord Hirsin də Vəhşi ovdan ilhamlanaraq yaradılmışdır.[15]

Vəhşi ov "Magic: The Gathering" stolüstü oyununda iki fərqli kartda təsvir olunmuşdur.

Qeydlər

  1. Adın mənşəyi naməlumdur. İfadə Asqard sözünün iştirakı ilə yaranıb deyə orijinal ifadənin bəzi alimlər tərəfindən təhrif olunduğu güman edilir.
  2. Normandiyadakı başqa formaları: "Chasse Saint-Hubert", "Chasse Saint-Eustache", "Chasse de Caïn", "Cache de Caïn", "Chasse Artus", "Chasse Hennequin", "Chasse Annequin", "Chasse Proserpine", "Chasse céserquine", "Chasse Mère Harpine", "Chasse du Diable".

Mənbə

İstinadlar

  1. Briggs, 1978, "Wild Hunt", p. 437
  2. Briggs, 1967. səh. 49–50
  3. Schön, 2004. səh. 201–205
  4. See, for example, Chambers's Encyclopaedia, 1901, s.v. "Wild Hunt": "[Gabriel's Hounds] … portend death or calamity to the house over which they hang"; "the cry of the Seven Whistlers … a death omen".
  5. Briggs, 1978, "Infringement of fairy privacy", p. 233
  6. Hutton, Ronald. The Pagan Religions of the Ancient British Isles: Their Nature and Legacy. 1993. səh. 307. ISBN 0-631-18946-7.
  7. Newall, Venetia, redaktor The Jew as a witch figure // The Witch Figure: Folklore Essays by a Group of Scholars in England Honouring the 75th Birthday of Katharine M. Briggs. 2004. səh. 103f. doi:10.4324/9781315018058. ISBN 978-0-41533-074-9. In the Middle Ages the wild hunt was also called Cain's hunt, Cain being another progenitor of the Wandering Jew
  8. "Devil's Dandy Dogs". The Encyclopaedia of the Celts. ISBN 87-985346-0-2. 2006-10-28 tarixində orijinalından arxivləşdirilib.
  9. Edwin Sidney Hartland. Spectre-Dogs // English Fairy and Other Folk Tales. 1890. 2021-11-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-05. Wordsworth, alluding to another form of this, superstition, similar to the German story of the Wild Huntsman, thus writes
    "He oftentimes will start,
    For overhead are sweeping Gabriel's Hounds,
    Doomed, with their impious lord, the flying hart
    To chase for ever through aerial grounds."
  10. Robert Chambers, redaktor October 11: Spectre-dogs // The Book of Days: a miscellany of popular antiquities, Vol. II. 1864. 433–436.
  11. Hendrickson, Robert. Salty Words. 1984. səh. 78. Gabriel's hounds are wild geese, so called because their sound in flight is like a pack of hounds in full cry
  12. Houston, Susan Hilary. "Ghost Riders in the Sky". Western Folklore. 23 (3). 1964: 153–162. doi:10.2307/1498899. JSTOR 1498899.
  13. "Thor Leads the Wild Hunt for Asgard". June 18, 2015. February 16, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 5, 2019.
  14. Senior, Tom. "How The Witcher 3 puts misery back into mythology". PC Gamer. May 22, 2015. February 16, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 12, 2019. The skull-faced Wild Hunt are derived from the European folk villains of the same name.
  15. "Lore: Wild Hunt". The Unofficial Elder Scrolls Pages. October 21, 2018. February 16, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 5, 2019.

Ədəbiyyat

Banks, M.M. "The Wild Hunt?". Folklore. 55 (1). 1944: 42. doi:10.1080/0015587x.1944.9717708. JSTOR 1257629.
Binnall, Peter B. G. "On a Possible Version of the Wild Hunt Legend in North Lincolnshire". Folklore. 46 (1). 1935: 80–84. doi:10.1080/0015587x.1935.9718586. JSTOR 1257360.
Bramwell, Peter. Pagan Themes in Modern Children's Fiction: Green Man, Shamanism, Earth Mysteries. New York: Palgrave Macmillan. 2009. ISBN 978-0-230-21839-0.
Briggs, Katherine M. The Fairies in English Tradition and Literature. London: University of Chicago Press. 1967.
Briggs, Katharine M. An Encyclopedia of Fairies, Hobgoblins, Brownies, Boogies, and Other Supernatural Creatures. Pantheon Books. 1978. ISBN 0-394-73467-X.
Duerr, Hans Peter. Dreamtime: Concerning the Boundary between Wilderness and Civilization. Felicitas Goodman tərəfindən tərcümə olunub. Oxford and New York: Blackwell. 1985 [1978]. ISBN 978-0-631-13375-9.
Ginzburg, Carlo. Ecstasies: Deciphering the Witches' Sabbath. Raymond Rosenthal tərəfindən tərcümə olunub. London: Hutchinson Radius. 1990. ISBN 9780091740245.
Grimm, Jacob. Teutonic Mythology: Volume I. James Steven Stallybrass tərəfindən tərcümə olunub. Mineola: Dover. 2004a [1883].
Grimm, Jacob. Teutonic Mythology: Volume III. James Steven Stallybrass tərəfindən tərcümə olunub. Mineola: Dover. 2004b [1883].
Greenwood, Susan. James R. Lewis; Murphy Pizza (redaktorlar ). Handbook of Contemporary Paganism. Leiden: Brill. 2008. 195–222.
Houston, Susan Hilary. "Ghost Riders in the Sky". Western Folklore. 23 (3). 1964: 153–162. doi:10.2307/1498899. JSTOR 1498899.
Hutton, Ronald. "The Wild Hunt and the Witches' Sabbath" (PDF). Folklore. 125 (2). 2014: 161–178. doi:10.1080/0015587x.2014.896968. hdl:1983/f84bddca-c4a6-4091-b9a4-28a1f1bd5361. 2019-05-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2019-12-05.
Lecouteux, Claude. Phantom Armies of the Night: The Wild Hunt and the Ghostly Processions of the Undead. Jon E. Graham tərəfindən tərcümə olunub. Rochester: Inner Traditions. 2011. ISBN 9781594774362.
Morgain, Rachel. "On the Use of the Uncanny in Ritual". Religion. 42 (2). 2012: 521–548. doi:10.1080/0048721x.2012.707802.
Motz, Lotte. "The Winter Goddess: Percht, Holda, and Related Figures". Folklore. 95 (2). 1984: 151–166. doi:10.1080/0015587x.1984.9716309. JSTOR 1260199.
Schön, Ebbe. Asa-Tors hammare : gudar och jättar i tro och tradition. Stockholm: Hjalmarson & Högberg. 2004. ISBN 91-89660-41-2.
Westwood, Jennifer. Albion. A Guide to Legendary Britain. London: Grafton Books. 1985. ISBN 0-246-11789-3.
Schmitt, Jean-Claude. Ghosts in the Middle Ages: The Living and the Dead in Medieval Society. 1998. ISBN 0-226-73887-6.
Kershaw, Kris. "The One-Eyed God: Odin and the Indo-Germanic Mannerbunde". Journal of Indo-European Studies. 2001.
Lindahl, Carl; McNamara, John; Lindow, John Lindow. Medieval Folklore: A Guide to Myths, Legends, Tales, Beliefs, and Customs. Oxford University Press. 2002). səh. 432. ISBN 0-19-514772-3.
Höfler, Otto. Kultische Geheimbünde der Germanen. Frankfurt. 1934.
A. Koman, Ruben. Dalfser Muggen'. – Bedum: Profiel. 2006.
Lecco, Margherita. Il Motivo della Mesnie Hellequin nella Letteratura Medievale (Edizioni dell'Orso,). Alessandria. 2001.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.