Vəfa Sultan
Vəfa Sultan (ərəb. وفاء سلطان), qızlıqda Vəfa Əhməd (d. 1958, Baniyas, Suriya) — sekulyar aktivist, psixoloq və islam tənqidçisi.
VƏFA SULTAN | |
---|---|
ərəb. وفاء سلطان | |
Doğum tarixi | |
Doğum yeri | Baniyas, Suriya |
Təhsili | |
Fəaliyyəti | psixiatr, esseist |
annaqed.com/en/default.a… | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
Sultan sünni müsəlman ailəsində anadan olub və Hələb Universitetinin psixologiya fakültəsini bitirib. "Müsəlman qardaşlığı" terrorçu qrupuna aid olan şəxslər Suriyada zülm törədən zaman (1979-cu ildə Vəfa Sultanın universitet professorunun onun gözü qabağında güllələnib qətlə yetirilməsi həmin zülmün bir nümunəsidir) Vəfa Sultan dindarlığı tərk etmiş, 11 sentyabr hadisələrindən sonra islam qanunlarını qəzetlərdə və televiziyada açıq şəkildə tənqid etməyə başlamışdır. 1989-cu ildə Vəfa Sultan və həyat yoldaşı David Amerika Birləşmiş Ştatlarına köçdülər. Hazırda Sultan Los-Ancelesdə yaşayır.
Xarici keçidlər
- Vəfa Sultanın əlcəzairli professor Əhməd bin Məhəmməd ilə mükaliməsi. Youtube.com (ərəb dil., ingilis subt.). Əl-Cəzirə telekanalı. 26 iyul 2005.
- Vəfa Sultanın Əl-Cəzirə telekanalında çıxışı. Youtube.com (ərəb dil., ingilis subt.). Əl-Cəzirə telekanalı. 21 fevral 2006.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.