Vıselkovski rayonu
Vıselkovski rayonu (rus. Выселковский район) — Rusiya Federasiyası, Krasnodar diyarının tərkibində inzibati ərazi vahidi. İnzibati mərkəzi Vıselki kəndidir.
Vıselkovski rayonu | |||||
---|---|---|---|---|---|
|
|||||
45°26′ şm. e. 39°39′ ş. u. |
|||||
Ölkə | |||||
Tarixi və coğrafiyası | |||||
Yaradılıb | 31 dekabr 1934 | ||||
Sahəsi |
|
||||
Əhalisi | |||||
Əhalisi |
|
||||
Rəsmi sayt | |||||
Vikianbarda əlaqəli mediafayllar |
Coğrafiyası
Sahəsi 1740 km²-dir. Rayon Prikubanskaya düzənliyinin mərkəzi hissəsində, Krasnodar diyarının mərkəzində yerləşir.
Şimaldan Pavlovski, cənubdan Ust-Labinski, şərqdə Tbilisi və Tixoretski, qərbdə Bryuxovetski və Korenovski rayonları ilə həmsərhəddir. Hidroqrafik şəbəkə Juravka və Beysuq çayları ilə təmsil olunur.
Tarixi
Rayon 31 dekabr 1934-cü ildə Korenovski rayonunun Azov-Qara dəniz ərazisinin tərkibində parçalanması nəticəsində qurulmuşdur. Əvvəlcə rayon 8 kənd məclisindən ibarət idi: Anap, Beysuqski, Beysujekski, Berezanski, Buzinovski, Vıselkovski, Juravski, Kazaçe-Malevan.
13 sentyabr 1937-ci ildən bu rayon Krasnodar diyarının bir hissəsi olmuşdur.
22 avqust 1953-cü ildə ləğv edilmiş Qrajdanski rayonu Vıselkovski rayonunun tərkibinə daxil olur.
1 fevral 1963-cü ildə rayon ləğv edilir, ərazisi Tixoretsk və Ust-Labinski rayonları arasında bölünür.
30 dekabr 1966-cı ildə Korenovski rayonuna birləşdirilən Juravski və Novoberezanski kənd məclisləri istisna olmaqla, Vıselkovski rayonu əvvəlki sərhədlərində bərpa edilir.
1993-cü ildə kənd Sovetlərinin fəaliyyətinə son verilir; kənd idarələrinin əraziləri kənd dairələrinə çevrilir.
2005-ci ildə rayonda 10 kənd yaşayış məntəqəsi formalaşdırılır.
Əhali
1 yanvar 2006-cı il tarixinə rayon əhalisi 60 184 nəfər təşkil etmişdir. Bunlardan hamısı kənd sakinləridir. Bütün əhali arasında kişilər 46,5%, qadınlar 53,5 % təşkil edir. Ümumi əhalinin 34678 (57,6 %) əmək qabiliyyətli insanlar, 24,1 %-i pensiyaçılardır[4].
- Milli tərkib
Əsas milli qruplar: ruslar - 93%, ukraynalılar - 3%, ermənilər - 1,5%, digərləri - 3,5%.
İnzibati-ətazi vahidləri
Bryuxovetski rayonunda 10 kənd inzibati ərazi vahidliyinə 25 yaşayış məntəqəsi daxildir.
İqtisadiyyat
Ənənəvi istehsal sektorları - kənd təsərrüfatı və kənd təsərrüfatı emalı - üstünlük təşkil edir. Məişət xidmətləri, ticarət, iaşə və s. kiçik biznesin fəaliyyət sahəsidir. Rayon ərazisində 11 kənd təsərrüfatı müəssisəsi, 524 kəndli (fermer) təsərrüfatı, qida sənayesinin 2 müəssisəsi, 2 nəqliyyat müəssisəsi, 4 tikinti təşkilatı və s. vardır.
Nəqliyyat
Əsas nəqliyyat yolları: Krasnodar-Tixoretsk-Salsk dəmir yolu, Krasnodar-Pavlovskaya magistral yolu.
Məşhur şəxsləri
Vıselkovski rayonunda Rusiya Federasiyasının Qəhrəmanı Mixail Sultanoviç Danqireyev anadan olmuşdur.
- ОКТМО. 185/2016. Southern FD.
- GEOnet Names Server. 2018.
- 26. Численность постоянного населения Российской Федерации по муниципальным образованиям на 1 января 2018 года. Rusiya Dövlət Federal Statistika Xidməti.
- "Департамент здравоохранения Краснодарского края, Выселковский район". 2009-03-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-02-22.
Mənbə
- Официальный сайт администрации муниципального образования Выселковский район
- Муниципальное образование Выселковский район
- Выселковский район на портале исполнительных органов власти края Arxivləşdirilib 2014-07-13 at the Wayback Machine
- "Справочник почтовых индексов / кодов ОКАТО /налоговых инспекций ФНС / адресов". 2012-02-16 tarixində arxivləşdirilib.
- Информационный сайт района
- Poçt indeksi: