Vüsal Sultanov

Vüsal Eynulla oğlu Sultanov (Şabran rayonu, Azərbaycan SSR) — Azərbaycan Silahlı Qüvvələrinin general-mayoru[2], Azərbaycan Dövlət Sərhəd Xidməti Çevik Hərəkət Qüvvələrinin I komandan müavini və Qərargah rəisi, İkinci Qarabağ müharibəsi iştirakçısı, Vətən Müharibəsi Qəhrəmanı.[3]

Vüsal Sultanov
Şəxsi məlumatlar
Doğum yeri Şabran, Azərbaycan
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Sərhəd Qoşunları
Çevik Hərəkat Dəstəsi
Rütbəsi General-mayor[1]
Vəzifəsi Çevik Hərəkat Dəstəsinin komandiri
Döyüşlər Aprel döyüşləri
Tovuz döyüşləri
İkinci Qarabağ müharibəsi
Təltifləri
"Vətən Müharibəsi Qəhrəmanı" medalı  — 2020
"Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni "İgidliyə görə" medalı "Cəbrayılın azad olunmasına görə" medalı "Hərbi xidmətlərə görə" medalı

Həyatı

Vüsal Sultanov Şabran rayonunda anadan olub. Azərbaycan Silahlı Qüvvələrinin general-mayorudur. 27 sentyabr 2020-ci ildə başlanan Vətən müharibəsinin iştirakçısıdır. 9 dekabr 2020-ci ildə göstərdiyi şücaətə görə "Vətən Müharibəsi Qəhrəmanı" medalı[3], 24 dekabr 2020-ci ildə isə "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilib[4].

Vətən müharibəsi

Vüsal Sultanov vətən müharibəsinin ən çətin 5 döyüşündən biri olan Əmirvarlı döyüşlərinə rəhbərlik edib.Polkovnik Sultanov oktyabr ayının 8-dən başlayaraq Əmirvarlı səddinin yarılması üçün gedən əməliyyatlarda iştirak edib.Ermənistan ordusunun müdafiə xəttinin birinci ,ikinci eşalonundan geri çəkilmiş qüvvələri son ümid kimi bu səddə cəmləşdiyindən səddi yarmaq çətin olmuşdur. DSX-nin Çevik Hərəkat Bölmələri Əmirvarlıda 8 gün fasiləsiz döyüşlər aparmışdır. Son döyüşündə ağır yaralanan Vüsal Sultanov bu gün xidmətini DSX -nin Çevik Hərəkat Dəstəsinin komandanının müavini kimi davam etdirir.

Təltifləri

Həmçinin bax

İstinadlar

  1. "Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". www.president.az (Azərbaycan Prezidentinin rəsmi saytı) ( (az.)). 17.08.2022. Archived from the original on 2022-08-17. İstifadə tarixi: 17.08.2022.
  2. "Üç nəfər general-leytenant, altı nəfər general-mayor oldu: Onlar kimlərdir? – FOTO". Oxu.Az (az.). 2022-08-17. 2023-08-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-18.
  3. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularına "Vətən Müharibəsi Qəhrəmanı" adının verilməsi haqqında Azərbaycan Prezidentinin 09 dekabr 2020-ci il tarixli Sərəncamı" ( (az.)). 9 dekabr 2020. 9 dekabr 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 dekabr 2020.
  4. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 24.12.2020-ci il tarixli Sərəncamı" ( (az.)). 24.12.2020. 2020-12-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 dekabr 2020.
  5. "Azərbaycan Respublikası Prezidentinin fərmanları və sərəncamları / "Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının və işçilərinin təltif edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 16 avqust tarixli 2274 nömrəli Sərəncamı". dsx.gov.az. 16 avqust 2016. 3 fevral 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 dekabr 2020.
  6. "Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları və mülki işçiləri təltif edilib - SİYAHI". apa.az. 16 avqust 2019. 31 dekabr 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 dekabr 2020.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.