Vüsal Mustafayev
Vüsal Sədaqət oğlu Mustafayev (d.16 noyabr 1983-cü il, Bakı) - Azərbaycan teatr və kino aktyoru.
Vüsal Mustafayev | |
---|---|
Mustafayev Vüsal Sədaqət oğlu | |
Doğum tarixi | |
Doğum yeri | Sumqayıt |
Vətəndaşlığı | Azərbaycan |
Fəaliyyəti | Aktyor |
Fəaliyyət illəri | 2006-cı ildən bü günə kimi |
Həyatı
Mustafayev Vüsal Sədaqət oğlu 1983-cü il noyabr ayının 16-da Sumqayıt şəhərində anadan olub. 2000-ci ildə Həzi Aslanov adına 22 nömrəli məktəbin 11-ci sinfini bitirib. 2001-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin teatr və kino fakültəsinə qəbul olub və 2005-ci ildə həmin universiteti bitirib.
2006-cı ildə Azərpaşa Nemətovun dəvəti ilə Azərbaycan Teatr Xadimlər İttifaqında hazırlanmış bir neçə tamaşalarda rol alıb. 2008- 2011-ci illərdə Sumqayıt Dövlət Musiqili Dram Teatrında aktyor işləyib. 2011-ci ilin yanvar ayından Azərbaycan Akademik Milli Dram Teatrında aktyor işləyir.
Mükafatları
2011-ci il fevral ayının 2-də Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin qərarı ilə "ilin gənc aktyoru" adına layiq görülüb. 10 may 2022-ci ildə[1] və 6 may 2023-cü ildə[2] Prezident Mükafatına layiq görülmüşdür.
Teatr səhnəsindəki rolları
Teatr Xadimlər İttifaqı
- Məhəmməd Heydər ("Əli və Nino", Q.Səid),
- Fabian, Gəmi Kapitanı ("On ikinci gecə", V.Sekspir),
- Çapar,Qasid ("Afinalı Timon", V.Sekspir).
Sumqayıt Dövlət Musiqili Dram Teatrı
- Fərzəli bəy ("Nəsrəddin", Y.Əzimzadə),
- Toso ("Fando və Lis", F.Arrabal),
- Kiçik oğul ("Ölüm hökmü", Ə.Səmədli),
- Gülbala ("Şərxanın şər oyunu", F.Məhərrəmli),
- Tək göz ("Sehirli yaylıq", K.Həsənov),
- Vüqar ("Tələ", Ə.M.Lələdağ),
- Baca təmizliyən ("Şahzadə və bacatəmizliyən", V.Juxovitski)
Akademik Milli Dram Teatrı
- Hacı Salah (“Sərgüzəşti-vəziri-xani- Lənkəran”, M.F.Axundov ),
- Ruh (“Teleskop” Elçin ),
- Fəhlə (“Qatarın altına atılan qadın ”, A.Məsud ),
- Cəllad (“Qadın məhəbbəti”, V.Hüqo),
- İspan Qrandı (“Kabuslar”, E.Filippo),
- Kinto (“Xanuma ”A.Saqarelli ),
- Qohum (“Don Juan və Həndəsə” M.Friş ),
- Rəssam (“Yaşlı Xanımın gəlişi”, F.Dürenmatt ),
- İsveçrəli (“Kuraj və uşaqları”, B.Brext ),
- Teymur bəy (“Anamın kitabı”, C.Məmmədquluzadə),
- Fabian,Gəmi kapitanı ("On ikinci gecə", V.Sekspir),
- Tələbə ("Mesenat", Ə.Əmirli),
- Ayı ("Tülkü Tülkü Tünbəki", X.Həsənova),
- Carçı ("Sənətkarın Taleyi", Elçin).
- Qorçubaşı, I Qorçu ("Şah və Şair, yaxud hamı səni sevənlər burdadı", K.Abdulla)
- Raşa("Nazirin xanımı",B.Nuşiç)
- Həkim ("Kölgə", Y.Şvars)
- Avtomobil satıcısı ("Müsyö İbrahim və Quran çiçəyi", Erik Emmanuel Şmitt)
- Kərbəlayi Vəli ("Ölülər", Cəlil Məmmədquluzadə)
- II zabit ("Cəhənnəm sakinləri", Elçin)
- Həsən ("Yaşar", Cəfər Cabbarlı)
Filmoqrafiya
- Qayınana (film, 2011)-Cəmil
- Dolu (film, 2012)-döyüşçü
- Həyat, sən nə qəribəsən (teleserial, 2013)-Murad
İstinadlar
- President.Az. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 10.05.2022. 2022-05-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-15.
- President.Az. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 06.05.2023. 2023-06-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-08.