Vüsalə Mahirqızı
Vüsalə Mahir qızı Abışova[1] və ya Vüsalə Mahirqızı (5 avqust 1979, Lək, Ucar rayonu) — Azərbaycan jurnalisti, "APA-Holding" MMC-nin prezidenti, əməkdar jurnalist.
Vüsalə Mahirqızı | |
---|---|
![]() | |
Doğum tarixi | 5 avqust 1979 (44 yaş) |
Doğum yeri | |
Vətəndaşlığı | |
Təhsili | |
Fəaliyyəti | jurnalist |
Mükafatları |
![]() ![]() |
![]() |
Erkən illəri
1979-cu ildə avqustun 5-də Azərbaycan Respublikasının Ucar rayonun Lək kəndində anadan olmuşdur. 1985-ci ildə Rafiq Abbasov adına Ucar rayon, Lək kəndi 1 saylı orta məktəbinə daxil olmuş, 1996-cı ildə həmin məktəbi fərqlənmə attestatı ilə bitirmişdir. 1996-cı ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsinə daxil olmuşdur. 2000-ci ildə həmin ali məktəbin bakalavr pilləsini, 2002-ci ildə isə magistr pilləsini fərqlənmə diplomu ilə bitirmişdir. İxtisası folklorşünas-mifoloqdur.[2]
Karyerası
1996-cı ildən mətbuatda əmək fəaliyyətinə başlamışdır. İlk iş yeri kimi "Bakı Universiteti" qəzetində müxbir kimi fəaliyyət göstərmişdir.[1] 1998–2000-ci illərdə "Bu gün" qəzetində müxbir vəzifəsindən baş redaktorun birinci müavini vəzifəsinə qədər çalışmışdır. 2000–2001-ci illərdə "Məkan" qəzetində baş redaktor müavini işləmişdir. 2001–2003-cü illərdə "Xalq Cəbhəsi" qəzetinin baş redaktoru kimi fəaliyyət göstərmişdir. 2004-cü ilin noyabr ayında "Azəri-Press" İnformasiya Agentliyini (APA) təsis etmişdir.[2]
Vüsalə Mahirqızı Azərbaycanda ilk onlayn media resurslarının yaradıcılarından biridir. Onun təsisçiliyi ilə 2007-ci ildə Azərbaycanın ilk idman agentliyi olan "APASport" agentliyi yaranmışdır.[3] 2008-ci ildən etibarən "Lent.Az" İnformasiya Agentliyini, 2009-cu ildən isə "Vesti.az İnformasiya Agentliyini, 2010-cu ildən isə rus dilində fəaliyyət göstərən "APA-Ekonomist" jurnalını təsis etmişdir. 2011-ci ildə "kulis.az" ədəbiyyat portalını yaratmışdır. 2012-ci ildə APA TV onlayn televiziyasını yaratmışdır.[2]
Azərbaycan Jurnalistlərinin III (I) qurultayında Mətbuat Şurası İdarə Heyətinin üzvü seçilib. Hal-hazırda Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvüdür.[2]
Beynəlxalq Jurnalistlər Federasiyasının təsis etdiyi beynəlxalq media vəsiqəsinə layiq görülmüşdür.[4]
Vüsalə Mahirqızının yaratdığı media orqanları Azərbaycanla yanaşı, Cənubi Qafqazın ən reytinqli və etibarlı, daha çox istinad olunan media resursları sırasındadır. O, mütəmadi olaraq Azərbaycan mediasını müxtəlif beynəlxalq və yerli tədbirlərdə təmsil edir. ABŞ, Fransa, Türkiyədə istehsalat təcrübələri keçmişdir. Beynəlxalq səviyyəli tədbirlərdə media ilə bağlı çıxışlar, Azərbaycanda mətbuatın vəziyyəti ilə bağlı məruzələr edir.[5]
Şəxsi həyatı
Ailəlidir, bir övladı var.[1]
Biblioqrafiya
İdeya müəllifi olduğu və rəhbəri olduğu "APA Group"un sponsorluğu ilə dərc olunmuş kitablar:
Təltifləri
- 22 iyul 2010-cu ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Əməkdar jurnalist" fəxri adına layiq görülmüşdür.[10]
- 22 iyul 2012-ci ildə Azərbaycan Mətbuat Şurasının təsis etdiyi Ali Media Mükafatına layiq görülmüşdür.[11]
- 7 may 2018-ci ildə Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin "Vətən naminə" medalı ilə təltif edilmişdir.[12]
- 11 iyul 2019-cu ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamı ilə "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi" medalı ilə təltif olunmuşdur.[13]
- 14 avqust 2019-cu ildə "Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi" yubiley medalı ilə təltif olunmuşdur.[14]
- 6 dekabr 2019-cu ildə "Bakı Dövlət Universitetinin 100 illiyi" yubiley medalı ilə təltif edilmişdir.[10]
- 22 iyul 2020-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Tərəqqi" medalına layiq görülmüşdür.[15]
İstinadlar
- "APA-nın baş direktoru Vüsalə Mahirqızı ilə fotosöhbət". modern.az. 2023-06-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-19.
- "Vüsalə Mahirqızı". https://presscouncil.az. 2023-09-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-19.
- ""APASport" - 14 il!". sport24.az. 2024-01-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-19.
- "Azərbaycan mediasında qadınların sayı bəlli olub". modern.az. 2024-01-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-19.
- "TİMETURK". 2017-07-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-06-28.
- "Vüsalə Məmmədova: "Azad olunan torpağın üzərində insanın düşüncəsi dəyişir" – Müsahibə". Kulis.az. 2024-01-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-19.
- ""Zəfərin izi ilə" ən çox satılan kitab oldu". Kulis.az. 2022-01-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-19.
- "Məni bağışlayın…". 4 iyn 2013. 2015-04-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-19.
- "Lent.az "100 ilin əmanəti"ni təqdim etdi - Foto". Teleqraf.com. 27 iyn 2018. 2024-01-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-19.
- "Arxivlənmiş surət". 2022-08-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-19.
- "Jurnalistlərə Ali Media Mükafatı verilib - SİYAHI". modern.az. 2024-01-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-19.
- "Lent.az-ın 10 yaşı təntənəli şəkildə qeyd olundu". Yeni Azərbaycan. 2024-01-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-19.
- ""Cümhuriyyət medalı" ilə təltif edilən jurnalistlər və QHT sədrləri - SİYAHI". modern.az. 2024-01-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-19.
- ""APA Group"-un rəhbəri və əməkdaşları DSX-nın medalı ilə təltif edilib". ONA. 2020-09-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-19.
- "Prezident jurnalistləri təltif etdi - Siyahı". sabah.az. 2024-01-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-19.