Vüqar Zeynalov
Vüqar Zeynalov (tam adı: Vüqar Teyyub oğlu Zeynalov; 1976, Bakı) — Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin başçısı (2018).
Vüqar Zeynalov | |
---|---|
Vəzifədədir | |
30 oktyabr 2018-ci ildən | |
Əvvəlki | Eldar Əzizov |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1976 |
Doğum yeri |
Həyatı
Vüqar Teyyub oğlu Zeynalov 1976-cı ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət və Bələdiyyə idarəetməsi fakültəsinin də məzunudur.
Müxtəlif dövrlər ərzində özəl şirkətdə hüquqşünas, Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyat Muzeyində baş mütəxəssis, Azərbaycan Milli Elmlər Akademiyasının "Akademiya" kitab mərkəzində direktor, Azərbaycan Dövlət İncəsənət Muzeyində Muzey işində innovasiyaların tətbiqi şöbəsinin müdiri, muzeyin direktor müavini, Azərbaycan Diplomatik Akademiyasının (ADA) Kitab Mərkəzində direktor, 2012-ci ildən Nizami Kino Mərkəzinin direktoru, 2015–2018-ci illərdə isə Bakı şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin rəisi vəzifələrində çalışmışdır.[1]
Azərbaycan Respublikası Prezidentinin 30 oktyabr 2018-ci il tarixli Sərəncamı ilə Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib[2].
Ailəlidir, iki övladı var.
İstinadlar
- "İcra hakimiyyətinin başçısı | Azərbaycan Respublikası Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti". sabail-ih.gov.az. 2022-08-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-19.
- V. T. Zeynalovun Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı Arxivləşdirilib 2021-11-28 at the Wayback Machine. president.az (az.)