Vüqar Abdullayev
Vüqar Abdullayev — Qarabağ müharibəsi iştirakçısı, şəhid.
Vüqar Abdullayev | |
---|---|
Vüqar Sədrəddin oğlu Abdullayev | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Laçın rayonu, Hacıxanlı kəndi |
Vəfat tarixi | |
Vəfat yeri | Füzuli rayonu |
Vəfat səbəbi | Şəhid |
Dəfn yeri | Ağcabədi rayonu, Şəhidlər xiyabanı |
Vətəndaşlığı |
![]() ![]() |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti |
![]() |
Qoşun növü |
![]() |
Xidmət illəri | 1987-1989/ 1990-1994 |
Rütbəsi | Əsgər |
Döyüşlər | Qarabağ müharibəsi |
Həyatı
Vüqar Sədrəddin oğlu Abdullayev 1969-cu ildə Laçın rayonunun Hacıxanlı kəndində anadan olub. 1976-1986-cı illərdə Hacıxanlı kənd orta məktəbində təhsil alıb. 1987-1989-cu illərdə keçmiş sovet ordusu sıralarında 2-illik həqiqi hərbi xidmət çəkib.
Hərbi xidmətini başa vurduqdan sonra Laçın rayonuna qayıdır.
1990-cı il iyun ayında rayon Polis Şöbəsinə sıravi heyətə polis xidmətinə işə qəbul olunur. Vüqar hərbi xidmətini, müharibə şəraitində çətin və məsuliyyətli polis xidməti ilə əvəz edir. Laçın rayonunun Qorçu, Ərikli, Narınclar, Alxaslı, Qoşasu, Fərəcan, Suarası kəndləri uğrunda gedən qanlı döyüşlərdə qəhrəmanlıqla vuruşur.
Komandirlərin ona verdiyi döyüş tapşırıqlrını məharətlə və vaxtında yerinə yetirir. Sonra Vüqarın döyüş yolu Murov dağının ətrafında Xanlar rayonunun kəndlərinin müdfiəsi uğrunda gedən mübarizələrdən keçir.
O, Füzuli rayonunun Horadiz qəsəbəsi uğrunda gedən döyüşlərdə 10 fevral 1994-cü ildə qəhrəmanlıq nümunəsi göstərərək şəhid olur.
Subay idi.
Ağcəbədi şəhərindəki Şəhidlər Xiyabanında dəfn olunub.