Uzuntəpə (Cəlilabad)
Uzuntəpə (əvvəlki adı: Novoqolovka) — Azərbaycan Respublikasının Cəlilabad rayonunun eyniadlı kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının 29 aprel 1992-ci il tarixli, 112 saylı Qərarı ilə Cəlilabad rayonunun Novoqolovka kəndi Uzuntəpə kəndi adlandırılmışdır.[1]
Uzuntəpə | |
---|---|
39°13′02″ şm. e. 48°36′25″ ş. u. | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 1860 |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | AZ1500 |
|
Tarixi
Çarizmin köçürmə siyasəti nəticəsində 1844-cü ildə Rusiyanın mərkəzi quberniyalarından köçüb gəlmə insanlar burada məskunlaşdıqdan sonra kəndə Novoqolovka adı verilib. 29 aprel 1992-ci ildə kəndin keçmiş Uzuntəpə adı bərpa edilmişdir.
Toponimikası
Kənd ərazidəki eyniadlı yüksəkliyin adını daşıyır.[2]
Coğrafiyası və iqlimi
Kənd Lənkəran ovalığında yerləşir.
Əhalisi
2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 6646 nəfər əhali yaşayır.[3]
İqtisadiyyatı
Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı — əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
İstinadlar
- "Azərbaycan Respublikası Bakı şəhərinin bəzi rayon və qəsəbələrinə, Ağdaş, Bərdə, Qobustan, İmişli, İsmayıllı, Yevlax, Gədəbəy, Goranboy, Lənkəran, Salyan, Füzuli, Xaçmaz, Cəlilabad rayonlarının bir sıra yaşayış məntəqələrinə yeni adlar verilməsi və inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının 29 aprel 1992-ci il tarixli, 112 saylı Qərarı". 2022-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-27.
- Uzuntəpə (Cəlilabad) // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-156-0.
- Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629