Uzungöl

Uzungöl (türk. Uzungöl) — Türkiyənin Trabzon əyalətinin Çaykara ilçesində yerləşən göl. Uzungöl həmçinin gölün ətrafındakı kəndin adıdır. Göl Trabzon şəhər mərkəzindən 99km, Çaykara ilçe mərkəzindən 19km uzaqlıqdadır. Uzungöl yamaclardan düşən qayaların Haldizen dərəsinin qabağını kəsməsiylə yaranıb. Sıx meşələri, təbii gözəlliyi turistləri özünə cəlb etməkdədir.

məhəllə
Uzungöl
Uzungöl
40°37′09″ şm. e. 40°17′41″ ş. u.
Ölkə  Türkiyə
Tabesində Çaykara
Rayon Trabzon
Bələdiyyə başçısı Hanefi TOK
Tarixi və coğrafiyası
Əsası qoyulub 1568
İlk məlumat Rum mənbələri
Əvvəlki adı Saraho
Mərkəzin hündürlüyü 1.090 m
İqlimi mülayim
Əhalisi
Əhalisi 1.588 nəfər (2007)
Milli tərkibi türk
Rəsmi dili türk dili|türk
Uzungöl xəritədə
Uzungöl
Uzungöl
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Uzungöldən görüntü

Coğrafiyası

Türkiyənin SoğanlıQaçqar sıradağlarının kəsişməsində yerləşir. İynəyarpaqlı meşələrin olması və yağışlı ərazidə olması ərazinin daim yaşıl görünməsinə şərait yaradır. Dəmirqapı dağlarıSoğanlı dağlarında 60 dan çox endemik bitki növü var. Bu ərazidə 59 məməli heyvan, 250 quş növü yaşayır.

Tarixi

Göl qayaların qoparaq Haldizən dərəsinin önünü kəsməsi nəticəsində yaranmışdır. İlk dəfə 1568-ci ildə rumca “ Saraho” adı altında mənbələrdə yer almışdır. Daimi yaşayış isə 1650-ci illərdən sonra başlamışdır. Məskunlaşma müsəlman olmayan 12 tayfa ilə başlayaraq, daha sonra müsəlmanların da yerləşməsi ilə 229 tayfaya çatmışdır. 1948-ci ildən tamamən Çaykara bölgəsinə aid edilmişdir. 1969-cu ildə 6360 qanunla nizamlanan Uzungöl bələdiyyəsi yaradılmışdır.

Coğrafiyası

Uzungöl Trabzondan 99 km, Çaykaradan 19 km uzaqlıqdadır. Türkiyənin yağışı bol meşələrinə malik Soğanlı və Kaçuar sıra dağlarının birləşdiyi yerdədir. Bu bölgə eyni zamanda yer kürəsinin mülayim iqlim qurşağında yerləşən ən qədim meşələrinə ev sahibliyi edir. Bol yağış və mülayim iqlim sayəsində ilin bütün fəsillərində yaşıllıqdır. Ərazisindəki Dəmirqapı və Soğanlı dağlarında 60-dan çox endemik bitki növü tapılmışdır. Heyvanat aləmi də olduqca zəngindir. “Uzungöl ətraf mühit qoruğ”unda 59 ədəd məməli və 250 ədəd quş növü qeydə alınmışdır. Məməlilərdən boz ayı, canavar, çaqqal, tülkü, qaban, vaşaq, porsuq, su samuru, çəngəlbuynuzlu dağkeçisi və s. növlər yaşayır. Bitki örtüyü 125 yarımnöv, 311 cins və cəmi 658 ədəd bitki taksonundan ibarətdir. Uzungöl Qaradəniz iqliminə sahibdir. Bütün il leysan yağışlar yağır. 1998-2008-ci illər ərzində ən aşağı temperatur -12℃ olmuşdur.

Əhalisi

Əhalinin sayı ildən ilə getdikcə azalır.

  • 1985-ci il -2942 nəfər
  • 1997-ci il -2797 nəfər
  • 2007-ci il -1588 nəfər

İqtisadiyyatı

Kənd təsərrüfatı və heyvandarlıq yalnız öz əhalisini qida ilə təmin edəcək səviyyədədir. Sənaye sektoru inkişaf etməmişdir. Lakin turizm sektoru yetərincə inkişaf etmiş və buna bağlı olaraq turizm və otelçilikdə çoxlu iş yerləri mövcuddur. Çoxsaylı otel, pansionat və istirahət kompleksləri ilboyu xidmət göstərir.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.