Uzunboyad

UzunboyadAzərbaycan Respublikasının Şabran rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 2 aprel 2010-cu il tarixli, 982-IIIQ saylı Qərarı ilə Dəvəçi rayonunun Uzunboyad kəndi Rəhimli kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Uzunboyad kənd inzibati ərazi dairəsi yaradılmış və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilmişdir.[1]

Uzunboyad
41°17′18″ şm. e. 48°55′09″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 30 m
Saat qurşağı
Uzunboyad xəritədə
Uzunboyad
Uzunboyad

Toponimikası

Uzunboyad keçmiş adı Boyat Uzunqışlaq olmuşdur. Oykonimin tərkibindəki uzun sözü qışlağın ərazisinin ensiz, dar zolaq şəklində olması nı bildirir. Sonralar qışlaq sözü atılmış və məntəqə Uzunboyat adlandırılmışdır. Oykonim "boyatlara məxsus uzun qışlaq" mənasındadır.[2] Şabran rayonunun ərazisində iki Boyat kəndini bir-birindən fərqləndirmək üçün biri Uzunboyad, digəri isə Sincan kəndinin yaxınlığında yerləşdiyinə görə Sincanboyad adlandırılmışdır.[3]

Boyat (Bayat, Bəyat) – "Kitabi-Dədə Qorqud"da hadisələrin başlanğıc və cəryan etdiyi coğrafi adlardan biridir. Boyat coğrafi adına Ağcabədi, Salyan, Neftçala, Ucar, Şamaxı, Şabran, eləcə də Qədim Albaniyada – Arran-Şirvan ərazisində və digər yerlərdə təsadüf edilir.

Boyat (Bayat, Bəyat) türkdilli qəbilələrdən birinin adı olub IX-X əsrlərdə qay tayfası ilə yanaşı Şimali Qazaxıstanın çöllərində oğuzlara başçılıq etmiş tayfalardandır. Şah İsmayıl Xətai yeni hökumətə dayaq olmaq və onu əldə saxlamaq üçün İranda yaşayan Boyat türklərindən bir dəstəsini siyahı uzrə köçürüb DərbənddəŞabranda yerləşdirmişdir. Həmin tayfanın üzvləri tərəfindən salınmış yaşayış məntəqələri onların adı ilə Boyat adlandırılmışdır.

Toponim səlcuq oğuzlarının boyat/bayat tayfasının adını daşıyır. Etnotoponimdir.[4]

Əhalisi

Kəndin əhalisi 1.378 nəfər təşkil edir.

İstinadlar

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.