Uzun Günbəz türbəsi

Uzun Günbəz türbəsiElxanilər dönəmində Qəzvində Həmdullah Qəzvini şərəfinə tikilmiş tarixi türbə.

Uzun Günbəz türbəsi
Həmdullah Qəzvininin türbəsi
36°15′51″ şm. e. 50°00′38″ ş. u.
Ölkə İran
Şəhər Qəzvin
Yerləşir Qəzvin
Aidiyyatı Elxanilər dövləti
Material kərpic[1], kaşı[1]
Uzun  Günbəz türbəsi (İran)
Uzun
Günbəz türbəsi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Haqqında

Türbə 13-cü və 14-cü yüzilliklərin arasında, Elxanilər dönəminin görkəmli coğrafiyaçı və tarixçisi olan Həmdullah Qəzvininin məqbərəsi üstündə tikilmişdir. Türbə hazırkı Qəzvinin Mələkabad məhəlləsində, sıx yaşayış evlərinin arasında yerləşir. Türbə Azərbaycan memarlıq üslubunda tikilmişdir.[2][3]

Memarlıq xüsusiyyətləri

Türbənin sahəsi 40 metr və yerləşdiyi bağın ümumi sahəsi isə 280 metrdir. Başqa Elxani türbələrinə bənzər olaraq türbədə istifadə olunan yeganə material kərpicdir. Türbənin planı səkkizbucaqlı olaraq, üstü isə Konus şəkilli firuzəyi günbəz ilə örtülmüşdür. Günbəzinin uzunsov olmasına görə, türbə yerlilər arasında "Uzun Günbəz" kimi tanınır. Türbənin döşəməsi yer səviyyəsindən aşağıda yerləşir. Türbənin giriş qapısı ağacdan olaraq, oyulmuş dolaşıq çiçəkvari naxışlar ilə diqqət çəkir; Türbənin içərisi isə parlaq firuzə rəngli kaşılarla bəzədilmişdir.[4]

Görüntülər

Xarici keçidlər

  1. https://iranarchpedia.ir/entry/15581.
  2. "Rajə". 2021-04-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-26.
  3. "Səfərzon". 2021-04-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-26.
  4. "Memarlıq evi: Uzun Günbəz türbəsi". 2021-04-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-26.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.