Uzaqdan idarə

Uzaqdan idarə — uzaqdan idarə elektron cihazların, məşhur olaraq televizorların, DVD oxuyucu və digər audio, video qurğuların qısa məsafələrdə uzaqdan idarə ediləbilməsini təmin edən hissəsidir. Uzaqdan idarə ilk nümunələrindən biri, 1898-ci ildə Nikola Tesla tərəfindən "Hərəkət edən vasitə və ya vasitələrin mexanizmlərinin idarəsi üçün cihaz texnikası" adı ilə inkişaf etdirildi.[1]

Televiziya uzaqdan idarə modulu(RCU)

Tarixi

29 iyun 1956-cı ildə avstriya əsilli amerikalı ixtiraçı Robert Adler (Robert Adler) televizor üçün ilk pultu yaratmışdır. Zenith Space Commander adlanan bu pult mexaniki idi və kanalın və səsin dəyişdirilməsi üçün ultrasəsdən istifadə edirdi. Maraqlıdır ki, xanımının sözlərinə görə, Adler nadir hallarda televizora baxırdı, o mütaliə etməyi daha üstün tuturdu. Görkəmli ixtiraçı 180 patentin müəllifidir.

TV, VHSDVD pleyer cihaz Uzaqdan idarəetmələri

İstinadlar

  1. U.S. Patent 613.809

Ədəbiyyat

  • Əliquliyev R.M., Salmanova P.M. İnformasiya cəmiyyəti: maraqlı xronoloji faktlar. Bakı: “İnformasiya Texnologiyaları” nəşriyyatı, 2013, 169 səh.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.