Uzaq Şərq beynəlxalq hərbi tribunalı

Uzaq Şərq beynəlxalq hərbi tribunalıİkinci dünya müharibəsindən sonra baş tutmuş hərbi tribunal. Tribunalda Yaponiya imperatoru Hirohito və şahzadə Asakadan başqa müharibədə iştirak etmiş bütün yüksək rütbəli yaponlar mühakimə edilmişdir. 1946-cı il 3 may tarixində başlayan tribunal 1948-ci il 12 noyabr tarixinə qədər davam etmiş və çıxarılan qərarlar nəticəsində baş nazir Hideki Toco və bir çox yüksək rütbəli hərbçi edam edilmişdir.

Məhkəmənin keçirildiyi keçmiş hərbi məktəbin binası (İçiqaya, Tokio)
Məhkəmə prosesindən görüntü.
Uzaq Şərq beynəlxalq hərbi tribunalının hakim kollektivi.

Məhkəmə heyəti

Məhkəmədə, İkinci dünya müharibəsində qalib gələn tərəf olan Antihitler koalisiyası tərəfindən müəyyənləşdirilmiş 11 hakim və 12 dövlət ittihamçısı yer almışdır.

Hakimlər

ÖlkəHakimQeyd
Avstraliya AvstraliyaVilyam VebAvstraliya Ali Məhkəməsinin hakimi (heyətin rəhbəri)
Kanada KanadaEdvard Stüart MakduqalKeçmiş hakim
Çin RespublikasıMei Ju-ao
Fransa FransaHenri BernardFransa Ali Hərbi Tribunalının hakimi
HindistanRadhabinod PalKəlküttə Universitetinin Hüquq faklütəsinin dosenti.
Niderland NiderlandBert RölinqUtrext Universitetində hüquq üzrə professor.
Yeni Zelandiya Yeni ZelandiyaHarvey NortkroftHərbi hakim
Filippin FilippinDelfin JaranillaAli məhkəmənin üzvü və hakim
Böyük Britaniya Birləşmiş KrallıqLord PatrikHakim
ABŞ ABŞCon HigginsMassaçusets ştatı Ali Məhkəməsinin hakimi
ABŞ ABŞMayron Kramer
SSRİI. M. ZarayanovAli məhkəmənin üzvü

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.