Uyvar qalası
Uyvar qalası — Slovakiyanın Nove Zamky şəhərində yer alan günümüzə qədər çata bilməmiş bir qaladır. Müxtəlif dövrlərdə Macarıstan Krallığının, Osmanlı İmperiyasının və Avstriya-Macarıstan İmperatorluğunun tabeliyində olmuşdur.
Uyvar qalası | |
---|---|
Ölkə | Slovakiya |
Şəhər | Nove zamki |
Tikilmə tarixi | XVI əsr |
Vəziyyəti | xarabalıqları qalıb |
Uyvar qalası 1573-1581-ci illərdə Macarıstanı Osmanlı ordularından müdafiə məqsədiylə inşa edilmişdir. Qala İtalyan memar Ottavio Giulio Baldigara tərəfindən 6 uclu bir ulduz formasında inşa edilmişdir . Osmanlılar Uyvar Qalasını 6 dəfə mühasirəyə almışdılar. 1663-cü ildə IV Məhmətin hakimiyyəti dövründə Körpülü Fazil Əhməd Paşanın başçılığı ilə qala ələ keçirildi. Avstriya Vasvar Andlaşması ilə qalanı Osmanlılara vermək məcburiyyətində qaldı. Qala və qalanın ətrafındakı şəhər Osmanlılar tərəfindən Uyvar Əyaləti olaraq təşkil edildi. Qala 22 il boyunca Osmanlıların əlində qaldı. 1685-ci ildə Lorraine Dükü V Charlesin əmrindəki Avstriya ordusu tərəfindən ələ keçirildi. 1699-cu ildə imzalanan Karlofça Anlaşmasıyla qala rəsmi olaraq Osmanlıların əlindən çıxdı.
Bu tarixdən sonra qalanın əhəmiyyəti azalmışdı. 1724-1725-ci illərdə Müqəddəs Roma İmperatoru VI Karl protestantlar tərəfindən sığınacaq olaraq istifadə edilməsini maneə törətmək üçün qalanın böyük bir hissəsini uçurdu. Qalanın geri qalan hissələri II Dünya müharibəsidönəmində 1944-cü ildə təyyarələr tərəfindən bombalanaraq dağıdıldı. İndiki vaxtda Uyvar Qalasının çox kiçik bir hissəsi qalmaqdadır.
Bu gün bir çox qərb dilində istifadə edilən "Türk kimi güclü" (Fr: Fort comme un Turc) deyimi, bu qalanın fəthindən sonra yaranıb, tam halı "Uyvar qarşısında bir Türk kimi güclü" şəklindədir.