Uyğun

Uyğun (özb. Uyg‘un, əsl adı — Rəhmətulla Ataquzuyev (özb. Rahmatulla Otaqo‘zi); 1 (14) may 1905, Merke, Cambul vilayəti[1]22 aprel 1990[2], Daşkənd)  — Özbək şairi və ictimai xadimi.

Uyğun
özb. Uyg‘un
Doğum adı özb. Rahmatulla Otaqo‘zi
Doğum tarixi 1 (14) may 1905
Doğum yeri
Vəfat tarixi 22 aprel 1990(1990-04-22)[2] (84 yaşında)
Vəfat yeri
Vətəndaşlığı Özbəkistan Özbəkistan
Milliyyəti özbək
Fəaliyyəti dramaturq, şair
Əsərlərinin dili Özbək dili
Mükafatları "Lenin" ordeni
uygun.uz

Həyatı

Uyğun müasir özbək ədəbiyyatında lirik şeirin və dramaturgiyanın inkişafında xüsusi xidmətləri olan sənətkarlardandır. O, 1905-ci ildə Cənubi Qazaxıstanın Mark kəndində anadan olmuşdur. Uyğun onun təxəllüsüdür. Əsl adı və familiyası Rəhmətulla Ataqazıyevdir. Elmə olan maraq onu Daşkənd şəhərinə gətirmişdir. O, 1923-1925-ci illərdə K.Marks adına Daşkənd təlim-tərbiyə texnikumunda təhsil almışdır. 1925-1927-ci illərdə isə Daşkənd Pedaqoji Texnikumunu bitirmişdir. Uyğun 1927-ci ildə Səmərqəndə gəlmiş və Səmərqənd Pedaqoji Akademiyasına daxil olmuşdur. Səmərqənd ədəbi və elmi mühiti onun bədii və elmi yaradıcılığının yüksək mənada formalaşmasına ciddi təsir göstərmişdir.

Səmərqənddə o, dövrün ən tanınmış şəxsiyyətlərindən olan Həmid Alimcan, Daşpolad Sədi, Nəsrulla Axundla yaxından tanış olur. Uyğun 1930-cu ildə təhsilini başa vurur və əmək fəaliyyətinə başlayır. O, 1930-1947-ci illərdə Özbəkistan Yazıçılar Birliyinin rəhbər işçilərindən biri olmuşdur. Uyğun 60-cı illərdən başlayaraq ömrünün sonuna qədər məsul vəzifələrdə işləməyə maraq gös tərmiş, bədii yaradıcılıqla ciddi məşğul olmağı üstün tutmuşdur.

Uyğun bədii yaradıcılığa 1925-ci ildə başlamışdır. Şairin “Bahar sevincləri” adlı ilk şeirlər kitabı 1929-cu ildə çapdan çıxmışdır. 1933-cü ildə onun “İkinci kitab” adlı növbəti şeirlər toplusu işıq üzü görmüşdür. Həmin kitab Uyğun yaradıcılığının dönüş nöqtəsi hesab olunur. Az vaxt ərzində Uyğunun “Günəş ölkəsi” (1936), “Uyğun şeirləri” (1936), “Məhəbbət” (1939) və s. adında daha bir neçə kitabı nəşr edilmişdir.

XX əsrin 30-cu illərin axırlarından başlayaraq, Uyğun dramaturgiya sahəsində xidmət göstərməyə başlamışdır. O, ömrünün axırına qədər 20-dən çox səhnə əsəri yazmışdır. Uyğunun elmi fəaliyyəti 30-cu illərdən başlayır. Ədəbiyyatşünas kimi onun onlarla elmi- tədqiqat əsəri mövcuddur. Uyğunun tərcüməçilik uğurları da böyükdür. O, ayrı-ayrı illərdə Puşkindən, Lermontovdan, Şevçenkodan, Krılovdan, Şekspirdən, Abaydan, Tukaydan və digər sənətkarlardan özbək dilinə tərcümələr etmişdir.[3]

Bir şair, dramaturq, ədəbiyyatşünas, tərcüməçi, ictimai xadim kimi onun xidmətləri qədirbilən xalqı tərəfindən yüksək qiymətləndirilmişdir. O, 1965-ci ildə xalq şairi fəxri adına layiq görülmüşdür.[4] 1967-ci ildə üç cildlik seçilmiş əsərləri çapdan çıxmış və bu münasibətlə Həmzə adına Dövlət mükafatı almışdır.

Uyğun 1974-cü ildə Özbəkistan Elmlər Akademiyasının müxbir üzvü seçilmiş, 1985-ci ildə şairə Sosialist Əməyi Qəhrəmanı adı verilmişdir[4] O, 2 Lenin ordeni, "Oktyabr inqilabı" ordeni, 4 başqa orden və medallarla təltif olunmuşdu.[5]

Uyğun 1990-cı ildə vəfat etmişdir.

İstinadlar

  1. Уйгун // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохоров 3-е изд. Москва: Советская энциклопедия, 1969.
  2. Library of Congress Authorities (ing.). Library of Congress.
  3. Quliyev Elman Hilal oğlu. Türk xalqları ədəbiyyatı: dərslik /E. Quliyev; elmi red. H. Qasımov ; rəyçilər B. Nəbiyev. Bakı : Conatant Empary , 2011, 567 s. səh.212.
  4. Энциклопедический словарь. — М.: Большая рос. энцикл., 2011.
  5. Uyğun // Большая советская энциклопедия: [в 30 т.] (3-е изд.). М.: Советская энциклопедия. гл. ред.: А. М. Прохоров. 1969–1978. ст. Уйгун.

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.